Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pakistan erməni təcavüzündən yazdı - Foto
Tarix: 21-10-2016 | Saat: 23:09
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Pakistan erməni təcavüzündən yazdı - Foto


Pakistanın “Lead Pakistan” qəzetində Mahmud Ul-Hassan Xanın “Azərbaycan-Pakistan ikitərəfli münasibətləri: perspektivlər və imkanlar” sərlövhəli məqaləsi dərc olunub.

AzərTac xəbər verir ki, məqalədə bildirilir: "Bu il Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi tamam olur. Ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi, mədəni, texnoloji, təhlükəsizlik və digər sahələri əhatə edir. Hərbi sahədə əməkdaşlıq ikitərəfli münasibətləri daha da gücləndirib və əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.

Azərbaycan-Pakistan dostluğunun əsası iki ölkənin böyük liderləri - dünya şöhrətli siyasətçi Heydər Əliyev və Benazir Bhutto tərəfindən qoyulub və bu gün əlaqələr uğurla inkişaf etdirilir".

Qeyd olunub ki, Pakistan Ermənistanın təcavüzkar siyasətini pisləyir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Bundan başqa, Pakistan Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı ermənilərin törətdiyi soyqırımını pisləyən qətnamə qəbul edib.

Bildirilir ki, Pakistan Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk ölkədir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı hələ də müstəqil dövlət kimi tanımayıb.

Məqalədə Azərbaycanın neft strategiyası, ölkəmizin iqtisadi inkişafı haqqında da məlumat verilir.

Pakistan erməni təcavüzündən yazdı - Foto


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
25-06-2019, 17:14 Koçaryan həbs edildi

bütün xəbərlər
____ Instagram ___