"Qarabağ" və "Qəbələ" üçün mühüm gün
Tarix: 20-10-2016 | Saat: 11:41
Bölmə:Karusel / İdman | çapa göndər
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Çempionumuz bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas fiquru olan Rəşad Sadıqovun oynayıb-oynamayacağı hələ ki dəqiq bilinmir. Baş məşqçi Qurban Qurbanov oyun saatına qədər fikrini dəqiqləşdirəcək.
Digər təmsilçimiz “Qəbələ” isə səfərdə “Sent-Etyen”ə qonaq olacaq. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi Fransaya ilk qələbə arzusu ilə yollanıb. Əgər qələbə əldə olunsa, sonuncu yerdən qurtulmaq mümkün olacaq. 3 xal əldə olunmasa, təmsilçimizin növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azalacaq. Ölkə çempionatında 9-cu turda qapısında qol görən “radarlar” Avroliqada qrupda ən çox qol buraxan komandadı.
Avropa Liqası
Qrup mərhələsi, III tur
20 oktyabr
J qrupu
21:00. “Qarabağ” - PAOK (Yunanıstan)
Baş hakim: Alon Yefet
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Xəbəri paylaş
7148 dəfə oxunub.
Digər xəbərlər

6-07-2018, 11:56
Elmar Vəliyev İsrailə aparıldı
31-03-2017, 20:18
Ümumrusiya Azərbaycan Konqresi ləğv oluna bilər
28-06-2015, 18:24
Qol vuran futbolçunun əmisi sevincindən öldü (FOTO)
28-11-2018, 16:11
Azərbaycanlı opera müğənnisinin ağzı cırıldı – Çıxış zamanı
26-02-2022, 10:42
Saqqız çəynəmək adamı kökəldir, baş ağrılarına səbəb olur...
27-08-2015, 20:53
Məşhur müğənni saçların dibindən kəsdirdi - FOTO
10-09-2018, 16:16
Pike və Şakiranı qarət edən məşhur oğru yaxalandı
19-07-2021, 15:56
Türkiyədə çağırış: Ruslar üçün sərhədi bağlayaq!
22-02-2023, 11:27
Azərbaycanda zəlzələ oldu
18-07-2022, 13:20
Vilayət Eyvazov Elnur Zeynalovu Bakıda yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR