Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qol vuran futbolçunun əmisi sevincindən öldü (FOTO)
Tarix: 28-06-2015 | Saat: 18:24
Bölmə:Karusel / İdman / Maraqlı / M2 | çapa göndər

Qol vuran futbolçunun əmisi sevincindən öldü (FOTO)
Paraqvay-Braziliya oyununda qol vuran futbolçu bununla əmisinin ölümünə səbəb olub.
Paraqvaylı futbolçunun əmisi Braziliya ilə oynanılan matçda vurulan qola sevinən zaman ölüb.

Xeberaz.az
xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Paraqvay yığmasının hücumçusu Derlis Qonsalesin 44 yaşlı əmisi İrrasabal Manuel öz dostları ilə birlikdə matça baxırmış. 1:1 hesabı ilə bitən oyunda Paraqvay komandasının yeganə qolunu isə onun qardaşı oğlu vurub.

Qol vurulan zaman sevinən 44 yaşlı adam qəfildən ürək tutmasından yerə yıxılıb. Bir müddət sonra isə o, dünyasını dəyişib. Futbolçunun atası da bu məlumatı Paraqvay kütləvi informasiya vasitələrinə təsdiqləyib.

Futbolçu Derlis Qonsales də öz tvitter hesabında bu haqda yazı paylaşıb. "Niyə bu gün, əmi? Niyə infarkt? Sən niyə bizi bu gün - mənim sizə və bütün ölkəyə bu qədər xoşəxtlik bəxş etdiyim gün tərk etdin? Mən buna inana bilmirəm", - deyən Derlis Qonsalesin sevinci yarımçıq qalıb.



Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
12-11-2022, 12:35 Bazar gününün HAVAsı

bütün xəbərlər
____ Instagram ___