Yas mərasimlərinin təşkili ilə bağlı - Qərar
Tarix: 03-10-2016 | Saat: 22:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən olunması ilə bağlı qərar qəbul edib.
"Xəbəraz.az "xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3 min manat məbləğində maliyyə yardımı müəyyən edilib.
Hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) yaşadığı yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməlidirlər. Müraciət edilərkən müəyyən olunmuş formada ərizə, şəxsiyyəti təsdiq edən sənədlər, həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlinin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə komandirinin əmri, ehtiyatda və ya istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə təqdim olunmalıdır.
Qərarda, həmçinin nəzərdə tutulub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, üç iş günü müddətində vəsaitin nağdsız hesablaşma yolu ilə ödənilməsini təmin etsin.
Xəbəri paylaş
1 0088 dəfə oxunub.
Digər xəbərlər

12-11-2016, 23:25
Köpək sahibinə, sahibi köpəyinə bənzəyir - FOTOLAR
6-05-2017, 22:11
Prezident başsağlığı verdi
29-01-2016, 20:57
Buzovnada qadını öldürüb Rusiyaya qaçan şəxsə – AĞIR CƏZA
12-08-2015, 12:26
YAP-ın Mərkəzi Seçki Qərargahı fəaliyyətə başladı
25-05-2019, 18:41
Bu ərazidə yaşayan sakinlər köçürülür - Baş nazirdən SƏRƏNCAM
26-07-2016, 14:58
Azərbaycanlı oliqarxların 300 milyon dollarlıq obyekti əllərindən alınır
17-04-2017, 17:11
"Atam beş qızı olduğu üçün havalandı, çıxıb getdi" - Elza
2-08-2015, 00:32
Türk bayrağını tapdalayan o xain belə öldürüldü - VİDEO
7-03-2016, 12:43
Azərbaycanlı modeldən cazibədar FOTO
11-11-2020, 12:28
"Azərbaycan xalqı 30 il bu qələbə həsrətilə yaşayırdı" - Zakir Həsənov