Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Buzovnada qadını öldürüb Rusiyaya qaçan şəxsə – AĞIR CƏZA
Tarix: 29-01-2016 | Saat: 20:57
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Buzovnada qadını öldürüb Rusiyaya qaçan şəxsə – AĞIR CƏZA
Qadın öz borclarını ödəmək üçün Süleymanovu öz maşınını satmağa məcbur edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Əmri Süleymanovun (1974-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Ötən il fevralın 13-də Xəzər RPİ-nin əməkdaşları Buzovna qəsəbəsində “Əli ayağı” ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyitini aşkar ediblər. Rayon prokurorluğunun əməkdaşları ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər, fakta görə CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma zamanı məlum olub ki, qadın Oğuz rayonunda qeydiyyatda olan, amma faktiki Аbşеrоn rаyоnunun Mаsаzır qəsəbəsində yаşаyаn Xatirə Rzayevadır (1968-ci il təv.), məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, mərhumun bədən səthində 16 ədəd kəsilmiş-deşilmiş yaralar aşkar edilib. Bir gün sonra, ona məxsus “Mercedes A-160” markalı avtomaşın rayonun Şağan qəsəbəsində tapılıb.

İstintaqın gedişatında, X.Rzayevanın yüngül həyat tərzi keçirməsi, cinayətin isə onunla yaxın münasibətdə olan Əmri Süleymanov tərəfindən törədilməsi məlum olub. Bakı ş. BPİ və Xəzər RPİ əməkdaşları təxirəsalınmaz tədbirlər keçirilməsinə baxmayaraq, şübhəli şəxs Azərbaycan ərazisini şimal istiqamətindən qatarla tərk edib, əməliyyat yolu ilə onun Rusiya ərazisinə daxil olması məlum olub.

Onun barəsində həbsli axtarış elan edilib və bu barədə Rusiya polisinə məlumat verilib. Ayın 17-də Ə.Süleymanov Moskva dəmir yol vağzalında qatardan düşərkən saxlanılıb və bir neçə gündən sonra o Azərbaycana ekstradisiya olunub.

Məlum olub ki, əvvəllər evli olan Əmri Süleymanov ailəsini ataraq Xatirə Rzayeva ilə yaşayıb. Həmin qadın öz borclarını ödəmək üçün Əmri Süleymanovu öz maşınını satmağa məcbur edib. Daha sonra tərəflər arasında mübahisə baş verib və təqsirləndirilən şəxs qadını qətlə yetirib.

Məhkəmə prosesində Ə.Süleymanov ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Buzovnada qadını öldürüb Rusiyaya qaçan şəxsə – AĞIR CƏZA
Buzovnada qadını öldürüb Rusiyaya qaçan şəxsə – AĞIR CƏZA

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Xəbəri paylaş

7968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___