Bakıda Sovet maşınlarına qadağa qoyulur
Tarix: 02-10-2016 | Saat: 01:52
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Reportaj | çapa göndər
“Fərqlənmə nişanı”nın alınması taksi xidmətinin məhdudlaşdırılmasına gətirib çıxara bilər
Bunu AzVision.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O qeyd edib ki, Azərbaycan prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanına və "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli qanuna əsasən taksi sürücüsüləri - hüquqi və ya fiziki şəxslər lizensiya almır, lakin bunun üçün “Fərqlənmə nişanı” almalıdırlar.
“Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər hər bir avtomabil nəqliyyatı üçün “Fərqlənmə nişanı” almalıdır. Bakı şəhərində fərqlənmə nişanı almaq üçün prosedur qaydaları tərəfimizdən sadələşdirilib. 18 manatlıq dövlət rüsumunu müvafiq bank şöbəsinə ödədikdən sonra qəbzi Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzində bunun üçün ayrılmış müvafiq iş otağına təqdim edib, “Fərqlənmə nişanı” almaq mümkündür”.
N.Allahyarova bildirib ki, “Fərqlənmə nişanı” taksi fəaliyyəti ilə məşğul olanlara mane olmayacaq. Qurum rəsmisi taksilərə limit qoyulacağını bildirib: “Taksi xidmətinin təkmilləşdirməsinə dair Tədbirlər Planına uyğun olaraq taksilərə limit qoyulacaq. İstismar müddəti tam bitmiş, istismara yararsız halda olan taksilər xətdən çıxarılacaq. Eyni zamanda sovet istehsalı olan maşınlar taksi xidməti göstərə bilməyəcək. Tədbirlər Planına uyğun olaraq gələcəkdə taksi xidməti göstərən avtomobilllərin salonu, xarici görünüşü, texniki baxımdan saz olmasına diqqət yetiriləcək. Sərnişinlər taksi xidmətindən razı qala biləcək”.
Xəbəri paylaş
8318 dəfə oxunub.
Digər xəbərlər

19-05-2017, 13:22
“Anamın bişirdiyi “Napoleon”...” - Leyla Əliyevadan maraqlı foto
30-03-2020, 12:55
Əhaliyə güzəştlər edilsin! - Milli Məclisdə ÇAĞIRIŞ
18-02-2016, 22:55
İrandan Macarıstana nüvə təklifi
7-07-2021, 14:28
Tərtər sakinləri qorxu təlaş içində.
14-04-2018, 11:42
Rusiyada 5 erməni öldü
2-03-2016, 16:41
“Vor zakon”lar İrəvana yığışır
12-12-2015, 19:14
Türkmənistan ərazisində itkin düşən neftçilərin axtarışına başlanılıb
21-11-2015, 11:56
BU KƏNDDƏ GÜNƏŞ IŞIĞI GÖRƏNLƏR ƏRIYIR - DƏHŞƏTLİ FOTOLAR 18+
8-05-2020, 13:31
Nazir müavini DTX-nın əməliyyatında saxlanıldı
14-11-2022, 12:51
Bakıda sükan arxasına keçən azyaşlı ilə bağlı DİN hərəkətə keçdi - VİDEO