Sərxoş sürücü ilə yol polisi əlbəyaxa oldu - VİDEO
Tarix: 13-09-2016 | Saat: 15:31
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında mübahisəni əks etdirən video yayılıb. Videoda yol polisi əməkdaşının 99 YP 166 dövlət nömrə nişanlı DYP avtomobilinə mindirdiyi sürücü ilə mübahisə etdiyi əksini tapır. Mübahisə zamanı sürücü maşının qapısını bağlamağa imkan vermir. Bu zaman polis qəflətən sürücüyə hücum çəkir.
"Xəbəraz.az " avtosfer.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında Sumqayıt şəhərində baş verib. Sürücü ilə mübahisə edən polis əməkdaşı isə serjant Rauf Bəşirovdur. Əməkdaşımız həmin inspektorla əlaqə saxlayaraq hadisə ilə bağlı məlumat alıb.
DYP əməkdaşı bildirib ki, həmin sürücü avtomobili sərxoş halda idarə etdiyi üçün saxlanılıb. Saxlanılan zaman müqavimət göstərən sürücü müayinəyə getməkdən imtina edib: "Mən onu maşına mindirib tibbi müayinəyə apararkən patrul avtomobilinin qapısını bağlamağa imkan vermirdi. Sonra əlində parıldayan şübhəli əşya gördüm. Həmin əşyanı ülgücə oxşatdım. Buna görə də, onu tutub əlindəki əşyanı almağa çalışdım. Sonra məlum oldu ki, əlindəki alışqan imiş. Hadisə yerinə yığılanlar isə bu görüntələri sosial şəbəkələrdə yayaraq guya mənim sürücünü döydüyümü bildirirlər. Lakin belə bir şey olmadı. Baş verənləri şişirdirlər. Mən sürücünü döyməmişəm. Sadəcə təcrübədən də görmüşük ki, bəzən belə intizamsız sürücülər özlərinə xəsarət yetirirlər. Mən də onun əlindəki əşyanı görəndə ehtiyat üçün əlindən almağa çalışdım".
İnspektor bildirib ki, artıq sürücü tibbi müayinədən keçirilib və onun orta dərəcəli sərxoşluq vəziyyəti müəyyənləşdirilib.
Xəbəri paylaş
7328 dəfə oxunub.
Digər xəbərlər

2-07-2016, 18:35
Türkiyəni qarışdıran "canlı bomba" danışdı - "Mən orucam" - VİDEO
26-03-2017, 19:16
Lənkəranda evə basqın - Yaralanan həkim öldü
17-01-2016, 23:02
Bakıda təcili yardıma yol verməyən sürücü – VİDEO
5-12-2022, 13:11
Azərbaycanda sevgilisindən ayrılan tələbə qız özünü bıçaqladı
22-03-2016, 10:20
Transseksual modeldən cəsarətli FOTOSESSİYA
23-06-2023, 13:16
Azərbaycan 4 günlük iş rejiminə keçir? - DETALLAR AÇIQLANDI
19-01-2016, 21:07
20 YANVAR ŞƏHİDLƏRİMİZİN ADLARI FOTO VİDEO
9-08-2020, 16:23
Xüsusi təyinatlı bölmələr birgə taktiki təlimlərdə - VİDEO
11-03-2017, 15:55
Bakıda vağzalda yatmaq da pulla olacaq - Foto