Ölkədə normal uşaq verlişləri niyə hazırlanmır?
Tarix: 03-09-2016 | Saat: 21:21
Bölmə:Karusel / Gündəm / Maraqlı | çapa göndər
Ölkədə uşaq verilişləri ilə bağlı sahə demək olar ki, boşdur. Bu istiqamətdə hazırlanan az saylı verilişlər də bəzən heç uşaqlara deyil, onların valideynlərinə ünvanlanmış olur.
Ekspertlərin fikrincə uşaq verilişini ixtisaslaşmış prodakşnlar hazırlamalı, bu işdə pedaqoq və uşaq psixoloqları bərabər çalışmalıdırlar. Amma təəssüflər olsun ki, ölkədə uşaqların maraqlarını nəzərə alan verlişlərin hazırlanması istiqamətində demək olar ki, heç bir addım atılmır.
Kinoşünas Ayaz Salayevin dediyinə görə, bu gün uşaq verilişlərinin hazırlanmaması sadəcə etinaszılıq və səhlənkarlıqla bağlıdır: "Əslində sovet dönəmində də uşaqlar üçün hazırlanmış yaxşı silsiləvi veriliş olmayıb. Şəxsən mənin yadıma gəlmir ki, sovet dönəmində hansısa səbirsizliklə gözlədiyim bir veriliş olsun. Sovet vaxtında uşaq verilişlərinin hazırlanmamasının tam fərqli səbəbi var idi. Sovet dönəmində ideoloji çərçivələr tətbiq edilirdi. Amma bu gün uşaq verilişlərinin hazırlanmaması sadəcə etinaszılıq və səhlənkarlıqla bağlıdır. Bu gün uşaqlar ekranda özlərini görə bilmirlər. Nə kinoda, nə verilişlərdə uşaqlar demək olar ki, əks etdirilmir. Uşaq dünyası heç bir yerdə öz əksini tapa bilmir. Uşaqların düşüncələrini əks etdirən ekran əsərləri yaradılmır. Bu gün böyüklərin uşaqlar haqqında çox yanlış təsəvvürləri var. Mənim yadımdadı ki, böyüklər yanımda bəzi söhbətlər aparırdı. Onlar düşünürdülər ki, mən heç bir şey anlamıram. Amma hər şeyi çox gözəl anlayırdım. Bu baxımdan uşaq aləminə çox diqqət ayrımaq lazımdır".
Deyerler.org
Xəbəri paylaş
6908 dəfə oxunub.
Digər xəbərlər

21-01-2019, 10:55
Bakıda “Milliön” terminallarından 122 min manat oğurlamış şəxs tutulub
4-02-2021, 09:32
"Bu ilin sonunadək insanlar da çipləşdiriləcək" - Mask
2-05-2022, 14:02
"Xanıma "sənsən kral" deyə-deyə dönüb olur canavar"
20-04-2017, 11:03
Vəfa Zeynalova 10 sualdan heç birinə cavab verə bilmədi: "Rəsulzadə əsər yazmayıb"
6-03-2018, 14:36
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
7-07-2017, 12:23
Zəhranın məzarını ziyarət etdiyi üçün tənqid olunan Kamil Zeynallıdan sərt açıqlama ( FOTO)
1-02-2018, 11:03
Piyadanı maşın vuraraq öldürüb
19-12-2017, 15:51
Çox işləyirik, az qazanırıq - RƏQƏMLƏR
7-03-2019, 18:56
Qadınlar niyə kişilərdən dərin basdırılır?
11-06-2022, 11:19
Tibb universitetində kəsr-imtahan biznesi…- Rektor Gəray Gəraybəyli ATU-nu şəxsi şirkəti kimi işlədir…