Qadınlar niyə kişilərdən dərin basdırılır?
Tarix: 07-03-2019 | Saat: 18:56
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır. Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır. Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər. Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Hətta bölgələrimizdə bir qarğış növü də var: "Boyuna qəmiş ölçüm" deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar. Bəziləri tibbi cəhətdən, bəziləri dəfn zamanı qadının görünməsinin naməhrəm olduğunu əsas gətirirlər. Lakin qeyd edim ki, bu dərinlik fərqi şəriətdə vacib deyil, tövsiyyə olunan məsələdir. Vacib olan ölünün dərinliyə dəfn olunmasıdır. Qadın və kişilərin naməhrəm yerləri, əzaları vardır ki, bu orqanlara başqalarının baxması qadağandır. Kişidə bu yerlər qurşaqla diz arasıdır. Qadında isə üz, əllər və topuqdan aşağı ayaqlardan başqa bütün yerləridir. Yəni bu əzaları qadına naməhrəm olanlar görə bilməzlər. Qadın kişidən dərinə basdırılır ki, Qiyamət günü dirilib qəbirdə ayaq üstə qalxanda qadının naməhrəm yerləri, sinə hissəsi görsənməsin. Kişilərdə isə bu yerlər qurşaqdan aşağı hissələr hesab olunduğundan bu dərinliyə səbəb yoxdur. Necə ki Həcc mərasimi zamanı da kişilər ehram deyilən, bir növ kəfənə oxşayan geyim geyinirlər və bu geyim əsasən qurşağa qədər örtükdən ibarət olur. Qəbirlərin bu cür fərqli qazılması qadına ehtiramdan dolayıdır. Ancaq qadının daha dərin basdırılmasında heç bir tibbi əsas yoxdur.
Xəbəri paylaş
6198 dəfə oxunub.
Digər xəbərlər

7-12-2018, 11:12
İki uşaq anası 27 yaşlı qadın özünü asdı - Salyanda
20-06-2018, 09:02
Qriqoryana iki aylıq həbs verildi
10-05-2016, 16:21
Heydər Əliyevin cızdığı bu yol - Ərəb mediası
3-02-2022, 12:01
62 yaşlı Nərgiz Cəlilova dəyişib belə oldu - FOTO
23-05-2022, 10:39
Tovuzdan Bakıya verilişə gələn qadın itkin düşüb - FOTO
18-11-2021, 08:47
“Ata, şəhid olub gələcəm, mənimlə fəxr edəcəksən” – Şəhid Elmin Əlizadə
11-02-2018, 11:29
Türkiyə Afrində 11 şəhid verdi
20-03-2015, 16:47
Dollar ucuzlaşır neft qalxır
7-02-2019, 17:05
"Həzi Aslanov" stansiyasında eskalator təmirə bağlandı
29-06-2016, 21:00
Türkiyəyə taxıl ixracını artırmağa hazırıq - Rusiya