Məni tək qoyma Ana ___ Nicat Səmədov
Tarix: 28-08-2016 | Saat: 01:16
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Məni tək qoyma Ana ___ Müstəzad
♡♡♡♡♡
Bu evə vəhşi sükut çökdü qəfildən Anacan,
Bura səssizlikdi.
Sənin həm xəstəliyindir eliyən bağrımı qan,
Həm ümidsizlikdi.
Məni hər saniyə təqib eləyir bir həyacan,
O da sənsizlikdi.
Səni də artıq əcəl ovçusu almış nişana.
Məni tək qoyma Ana.
----------------
Ağlamağdan quruyub gözlərimin yaşı daha,
Suyu bitmiş quyu tək.
Batırır ruhumu bədbinliyim hər cür günaha.
Daşa dönmüş bu ürək.
Ümidim zərrə qədər yoxdu bu gündən sabaha.
Çox amansızdı fələk.
Kaş ki,heç gəlməzidim lənətə gəlmiş cahana,
Məni tək qoyma Ana.
-----------------
Ayrılıq dərdinə yox dərman ürəklər sağala,
Gör ölən var nə qədər.
Bir - birindən nə rəvadır iki can ayrı qala?!
Bu ölümdən də betər.
Nə Ana ayrı qalar öz balasından,nə bala.
Bu həqiqətsə əgər,
Qorxuram,çevrilə bir gün bu həqiqət yalana.
Məni tək qoyma Ana.
-----------------
Yazılıb qarə həriflərlə ömr gündəliyin,
Bu həyat yordu səni.
Ki,bu birəhmi - əcəl göstərərək higgəliyin,
Gəlir ardınca,yəni
Qarşılaşdırsa ölümlə səni bu xəstəliyin,
Buraxıb getmə məni.
Çek apar ruhumu getsən hara,getsən hayana.
Məni tək qoyma Ana.
Müəllif *** Nicat Səmədov *** 17.07.2016.
Xəbəri paylaş
2 6608 dəfə oxunub.
Digər xəbərlər

12-12-2017, 16:17
Pensiyalar nə vaxt veriləcək?
4-04-2016, 14:33
SON DƏQİQƏ-Otuz erməni, üç tank, bir batareya vurdular
22-05-2017, 12:31
Biləsuvarda atasını öldürən oğul tutulub
24-08-2021, 12:12
Polisi təhdid edib "TikTok"da paylaşan şəxs kimdir? - DİN-dən AÇIQLAMA
14-10-2016, 14:33
Hovuzda yuyunarkən öldü – Balakəndə faciə
4-04-2021, 13:36
Əliyev zəng etdi, Putin “İsgəndər”lə bağlı... – Venediktov
5-02-2019, 19:21
Azərbaycanlı əsir Şuşadan Ermənistana aparılıb
9-02-2019, 19:31
Prezident Mikayıl Cabbarova xüsusi rütbə verdi