Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bank kartlarından məlumat oğurlayan təhlükəli virus aşkarlanıb
Tarix: 05-08-2016 | Saat: 15:16
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bank kartlarından məlumat oğurlayan təhlükəli virus aşkarlanıb

“Kasperski Laboratoriyası”nın əməkdaşları “Android” əməliyyat sistemi platformasında çalışan cihazlarda bank kartlarından məlumatları oğurlayan virus aşkar ediblər.

"Xəbəraz.az "-ın lent.aza istinadən məlumatına görə, mütəxəssislərin sözlərinə görə, virus özünü brauzerlər üçün yenilənmə kimi göstərir.

Bu halda istifadəçi göstərilən linkə keçmək qərarına gəlirsə, o zaman “last-browser-update.apk” faylın yüklənməsinə başlanılır. Mütəxəssislər bildirir ki, hakerlər öz məqsədlərinə çatmaq üçün istənilən elanı dərc etməyə imkan verən “Google”nin kontekst reklamının imkanlarından istifadə edirlər.

Aşkar olunan ziyanverici əlavə istifadəçinin bank kartlarına aid bütün məlumatlarını tapır və ötürür. Bundan başqa, troyan virusu mətn məlumatlarını ələ keçirib silmək imkanına malikdir.

Həmçinin virus gələn və gedən zənglər, brauzerin kontaktları barədə məlumatları toplaya bilir.


Xəbəri paylaş

6538 dəfə oxunub.

Digər xəbərlər
22-09-2020, 13:31 Azərbaycan silkələndi
17-11-2017, 12:23 Sabahın Havası

bütün xəbərlər
____ Instagram ___