Zəlzələ 100-dən çox evə ziyan vurub
Tarix: 01-08-2016 | Saat: 14:14
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bu gün səhər saatlarında İmişli rayonunda baş verən zəlzələ nəticəsində 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib.
Bu barədə Publika.az-a İmişli rayon İcra Hakimiyyətinin mеmarlıq və tikinti şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu, sakinlərin müraciəti əsasında qeydə alınan rəqəmlərdir: “100-dən çox sakin zəlzələ nəticəsində evlərinə dəymiş ziyanla bağlı İcra Hakimiyyətinə müraciət edib. Lakin bu müraciətlərin hər birinin araşdırılmasına ehtiyac var. Ola bilər ki, bunların bəzisi yanlış məlumat olsun, ya da kiçik çat da ola bilər. Bunun üçün nahardan sonra müraciətlərlə bağlı araşdırmalara başlanılacaq. Hazırda da İcra Hakimiyyətinə müraciətlər davam edir”.
Şöbədən onu da bildirdilər ki, dağıntılarla bağlı müraciətlər əsasən rayonun mərkəzi, eləcə də Ağaməmmədli, Yalavac, Rəsullu, Oruclu kəndlərindəndir. Onların hamısı da fərdi yaşayış evidir, inzibati binalar zəlzələdən zərər görməyib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.46-da İmişlidə zəlzələ qeydə alınıb. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.
Xəbəri paylaş
6678 dəfə oxunub.
Digər xəbərlər

3-04-2022, 03:59
Bakıda Partlayış baş verən KLUBDA ölən və yaralanan var
18-05-2016, 15:16
Rusiyanın Suriya itkisi 1 milyarda çatır
14-05-2016, 15:25
“Ayaqyoluna gedəndə arxadan ağzımdan tutdu...” - Hamilə məktəbli
25-08-2015, 14:51
Səyyar “ASAN xidmət” daha 3 rayonda
27-11-2020, 13:49
Vətən Müharibəsində şəhid olan daha bir müəllim
27-12-2018, 10:44
Mehman Hüseynovun həbsi 7 ilədək artırıla bilər
22-12-2015, 11:45
Rəqsanənin qızından yeni - FOTOSESSİYA
5-11-2016, 11:49
Almaniyada türkləri yandırmaq istədilər - Foto
19-08-2015, 21:23
Cavanlıqda yemə, xərçəngdən qorun
5-11-2016, 01:20
Türkiyə son qərarını verməlidir - Almaniya