Jurnalist İŞİD-in planını canlandırdı – İsrail ŞOKDA
Tarix: 12-07-2016 | Saat: 15:11
Bölmə:Karusel / Hadisə | çapa göndər
İsrail jurnalisti David Süleyman Tel-Əviv aeroportunda təyyarəyə partlayıcı qurğunun mulyajını keçirib.
"Xəbəraz.az "“Times” nəşrinə istinadən xəbər verir ki, jurnalist bununla da 2015-ci ilin oktyabrında Sinay yarımadası üzərində Rusiyanın “Airbus A321” laynerini partladan terrorçuların planını təkrarlayıb.
David Süleyman saxta sənədlərlə aeroportda süpürgəçi vəzifəsinə düzəlib. O, xidməti yerlərə və aeroportun bağlı zonalarına giriş əldə edib. Süleyman bildirib ki, o, faktiki olaraq qaydaların nəzərdə tutduğu ən böyük hərəkət azadlığından istifadə edib. Jurnalist istənilən laynerə daxil ola, uçuş zolağında təyyarələrə yaxınlaşa və hətta baqajın yüklənilməsi ilə məşğul olan şəxslərə kömək edə bilib.
“İki gün ərzində mən 12 təyyarədə işlədim. Nə istəyirdimsə, onu edə bilirdim”, - “süpürgəçi” bildirib.
Aeroportun administrasiyası bildirib ki, təhlükəsizlik xidməti gələcəkdə belə hadisələrin qarşısını almaq üçün araşdırmalara başlayıb. Administrasiya həm də Süleymandan polisə şikayət edib.
Xatırladaq ki, ötən il 31 oktyabrında Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə 217 sərnişin və ekipajın yeddi üzvünün hamısı həlak olub. Rusiya Federal Təhlükəsizlik Xidməti qəzanın terror aktı nəticəsində baş verdiyini açıqlayıb.
İŞİD hadisəyə görə məsuliyyəti üzərinə götürüb.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

12-07-2015, 11:25
Kirayəyə baxmağa getdi, yoxa çıxdı - Bakıda məchul cinayət
29-07-2018, 12:11
Bakının mərkəzində faciə:özünü öldürdü
23-08-2017, 11:44
Bakını bürüyən toz-dumanla bağlı RƏSMİ AÇIQLAMA
6-01-2019, 16:07
"Bir qadın mənə təcavüz etmişdi"
26-03-2018, 11:51
Rusiyadakı yanğında ölənlər arasında azərbaycanlılar var? –AÇIQLAMA
2-09-2017, 12:10
Aeroport yolunda ağır qəza - VİDEO
24-06-2016, 13:15
Ermənilər Nadirdən oğurluq etdi - Video
28-03-2015, 15:14
Bakıda cinsi azlığın nümayəndəsinə qarşı soyğunçuluq edilib
21-03-2016, 19:44
Bu qidalar saç tökülməsinə səbəb olur - SİYAHI