Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Jurnalist İŞİD-in planını canlandırdı – İsrail ŞOKDA
Tarix: 12-07-2016 | Saat: 15:11
Bölmə:Karusel / Hadisə | çapa göndər

Jurnalist İŞİD-in planını canlandırdı – İsrail ŞOKDA

İsrail jurnalisti David Süleyman Tel-Əviv aeroportunda təyyarəyə partlayıcı qurğunun mulyajını keçirib.
"Xəbəraz.az "“Times” nəşrinə istinadən xəbər verir ki, jurnalist bununla da 2015-ci ilin oktyabrında Sinay yarımadası üzərində Rusiyanın “Airbus A321” laynerini partladan terrorçuların planını təkrarlayıb.

David Süleyman saxta sənədlərlə aeroportda süpürgəçi vəzifəsinə düzəlib. O, xidməti yerlərə və aeroportun bağlı zonalarına giriş əldə edib. Süleyman bildirib ki, o, faktiki olaraq qaydaların nəzərdə tutduğu ən böyük hərəkət azadlığından istifadə edib. Jurnalist istənilən laynerə daxil ola, uçuş zolağında təyyarələrə yaxınlaşa və hətta baqajın yüklənilməsi ilə məşğul olan şəxslərə kömək edə bilib.

“İki gün ərzində mən 12 təyyarədə işlədim. Nə istəyirdimsə, onu edə bilirdim”, - “süpürgəçi” bildirib.

Aeroportun administrasiyası bildirib ki, təhlükəsizlik xidməti gələcəkdə belə hadisələrin qarşısını almaq üçün araşdırmalara başlayıb. Administrasiya həm də Süleymandan polisə şikayət edib.

Xatırladaq ki, ötən il 31 oktyabrında Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə 217 sərnişin və ekipajın yeddi üzvünün hamısı həlak olub. Rusiya Federal Təhlükəsizlik Xidməti qəzanın terror aktı nəticəsində baş verdiyini açıqlayıb.

İŞİD hadisəyə görə məsuliyyəti üzərinə götürüb.


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___