"Rusiya ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanyır"
Tarix: 10-06-2016 | Saat: 15:25
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiya şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bir çox məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O bildirib ki, Rusiya regionun ən böyük, ən güclü ölkəsidir və 200 ildən çoxdur belə davam edir: “Təbii olaraq, Rusiyanın bu regiondakı istənilən məsələdə - istər iqtisadi, istər siyasi və müəyyən mənada ictimai məsələlərdə - rolu çox böyükdür. Bilirsiniz ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onun mövqeyindən çox şey asılıdır. BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr Rusiyanın razılığı olmadan qəbul edilə bilməzdi. Lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir. Ermənistan tamhüquqlu üzv kimi Avrasiya İttifaqına daxil olub. Təbii ki, Rusiya Ermənistanın maraqlarını da nəzərə almaya bilməz. Mən düşünmürəm ki, Ermənistanın və erməni xalqının maraqları başqalarının torpaqlarının işğalı ilə bağlıdır”.
Xəbəri paylaş
5668 dəfə oxunub.
Digər xəbərlər

22-01-2020, 20:41
Prokurorluq orqanlarının 8 əməkdaşı məsuliyyətə cəlb edildi
25-06-2020, 11:18
Prokurorların səlahiyyəti artırıldı
14-05-2016, 20:19
Kitab yazan deputatlarımızı tanıyaq
18-05-2015, 12:15
Son iki gündə erməni silahlı bölmələri atəşkəs rejimini ümumilikdə 148 dəfə pozublar.
27-04-2016, 12:59
Xəbərdarlıq: Hava şəraiti pisləşəcək
29-12-2015, 11:50
İŞİD-in "Qızılı Çeçeni" tutuldu
12-02-2017, 17:44
Bakıda şaxta olacaq, qar yağacaq - HƏFTƏNİN İLK İŞ GÜNÜ
11-04-2017, 18:14
Doğum sıranız gələcəyiniz barədə nə deyir?
13-06-2016, 18:04
Klinton: “Heç vaxt islama savaş elan etməyəcəyəm”
31-08-2019, 18:45
Rusiya prezidenti Putin hazırda həbsdə olan Koçaryanı təbrik edib