Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kitab yazan deputatlarımızı tanıyaq
Tarix: 14-05-2016 | Saat: 20:19
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

Kitab yazan deputatlarımızı tanıyaq

Azərbaycanda müxtəlif sahələr üzrə aparılan araşdırmalar, bu araşdırmaların nəticəsi olaraq yazılan kitabların sayı son illər artıb

Bu sahədə Milli Məclisin deputatlarının da bəzi uğurları bilinməkdədir.

"Xəbəraz.az " xəbər verir ki,Modern.az saytı Milli Məclisin bəzi deputatlarının müəllifi olduğu kitablar, elmi araşdırmalar barədə öyrənməyə çalışıb.

Zahid Oruc:

"Cənab prezident İlham Əliyev haqqında 1999-cu ildə çıxan kitablardan birinin müəlliflərindən biri mən olmuşam. Ondan sonra bir neçə dəfə belə nəşrlərdə redaktor kimi fəaliyyətim olub. Həmçinin, özümün həm elmi, həm siyasi geopolitik məqalələrim var. Onların kitab şəklində çapı üçün bəzi işlər görülüb. Açığı söyləsəm, ən azı 3 kitapdan artıq material var. İlk dövr olaraq baxışım ondan ibarət idi ki, əksəriyyəti internet resurslarında yerləşdirilyindən hər kəs istənilən siyasət adamının fəaliyyətini izləyə bilir.

Sadəcə, ənənəvi tarixi üslubda kitablaşdırılma lazımdırmı, yoxsa yox? Lakin hər bir halda unutmaq lazım deyil ki, kitablar qalıcıdır. Kitabları nəşr etməklə insanın düşüncələri, mövqeləri vahid bir bank halına gətirilir və oradan gələcək dövrdə hər kəsin tanış olması imkanı yaranır.

Çox arzulayardım ki, Azərbaycanın keçdiyi tarixi proseslərlə bağlı kitab yazım. Həmçinin məni düşündürən gələcək barədə kitablar yazmaq istəyərəm. Əlbəttə, biz öz keçmişimizi mütləq öyrənməliyik. Onlardan düzgün nəticə çıxarmağı bacarmalıyıq. Ümumiləşdirmə imkanlarımızdan yararlanmalıyıq.

Öz düşüncələrimiz necə olmalıdır? İdeoloji sistem necə qurulmadır? Bu yöndə Azərbaycanda, təbii ki, işlər vardır. Xüsusilə dövlətin elitasında dayanan insanlar barədə müxtəlif tarixi, siyasi və regional həyatı yaxşı təhlil edən kitablarımız yetərincə mövcuddur.

Hər bir ölkənin ən böyük sərvəti onun alimidir, elm, qələm adamlarıdır.

Biz bunu unutmayaq ki, döyüş tək səngərdə getmir. İnformativ, diplomatik, siyasi cəbhədəki vuruşma daha böyük mübarizə imkanları yaradır.

Hörmətli akademik Ramiz Mehdiyev tərəfindən hazırlanmış hər bir kitab cəmiyyətdə əks-səda doğurur, özünə çoxlu diskussiyalar qazanır, elmi, ictimai fikrə yeni yanaşmalar təlqin eləyir və s. Yerdə qalan başqa yazarlarımızın da adını deyə bilərik.

Biz elmi-siyasi elitamızı hələ ki bundan sonra artırmaq barədə düşünməliyik. Ona görə də bir parlament üzvü kimi bu dövr ərzində gördüyüm işlərdən, beynəlxalq tədbirlərdə gəldiyim qənaətdən çıxış edərək, ölkənin sabahki həyatına baxışa dair kitab yazmağı düşünürəm".

Araz Əlizadə:

"Müəllifi olduğum kitab yoxdur. Elmi məqalələrim var. Ukrayna-Türkiyə münasibətləri (1648-1654 cü illər) barədə yazmışam. Bu yaşdan sonra kitab yazmaq fikrim yoxdur".

Fərəc Quliyev:

"2 kitab müəllifiyəm. "Missiya" və "Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu" adlı kitablarım çap olunub. Bir kitabım hazırda redaktə vəziyyətindədir, yeni kitabımın da üzərində işləyirəm".

Fazil Mustafa:

"Müəllifi olduğum 17 kitab var. Müxtəlif mövzularda elmi-publisistik, tarix fəlsəfəsi, dini fəlsəfəyə aid kitablar, şeirlər kitabı, hüquq sahəsinə aid olan kitablarım var.
İlk kitabım 1995-ci ildə Türkiyədə çap olunub. Kitabın ideyasını mənim yaxın dostum verib. Dostum dedi ki, tarixlə bağlı bir kitab yazsan, yaxşı olar. Mən də "Əbülfəz Elçibəy: Tarixdən gələcəyə" adlı kitabımı onun tövsiyəsi ilə yazdım. Vaxtaşırı, zaman tapdıqca, müxtəlif mövzularda araşdırmalara meylim artdı. Fəlsəfə üzrə elmi müdafiə etdikdən sonra daha çox araşdırmaya meylim çoxaldı. Kitab yazmaq mənim üçün həyat tərzinə çevrildi.

Memuar formasında bir kitab yazmağı düşünürəm. Politologiya mövzusunda da araşdırmalar aparıram. Azərbaycan cəmiyyətinin gələcək modeli ilə bağlı və dini maariflənmə istiqamətində fikirlərim var".



3928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___