Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mohammad Atmar Ramil Usubovla görüşdü - Foto
Tarix: 30-05-2016 | Saat: 21:29
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər


Mohammad Atmar Ramil Usubovla görüşdü - Foto
Ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nümayəndə heyəti ilə keçirilən görüşdə ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq yüksələn xətt üzrə inkişaf etdiyi diqqətə çatdırılıb və bu səfərin əməkdaşlığımızı daha da genişləndirəcəyinə əminlik ifadə olunub.

Görüşdə iki ölkənin daxili işlər orqanları arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi vurğulanıb və bu məqsədlə "Təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanaraq Əfqanıstan tərəfinə göndərildiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan Əfqanıstanın təhlükəsizlik məsələsində əsas tərəfdaşlardan biridir və antiterror koalisiyasının üzvü kimi bu ölkədə təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verir.

Həmçinin transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığı, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyü nəzərə çatdırılıb.

Mohammad Xanif Atmar Azərbaycan Prezidenti İlham Əliyevin İslam ölkələri birliyindəki rolunu xüsusi vurğulayıb, respublikamızda daxili sabitliyin qorunmasında əldə olunmuş uğurları təqdir edib.

Əfqanıstan İslam Respublikasının hər zaman Azərbaycanla həmrəyliyə sadiq qalacağını deyən Təhlükəsizlik Şurasının katibi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin yalnız regional və qlobal əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin mümkünlüyünü bildirib. Eyni zamanda, adıçəkilən Saziş layihəsinin imzalanması üçün müvafiq tapşırıq veriləcəyi qeyd olunub.

Görüşdə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili iştirak edib.


Xəbəri paylaş

8028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___