Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xaçmazda türk əsgərlərinə aid olduğu ehtimal edilən qəbirlər tapılıb
Tarix: 26-07-2018 | Saat: 10:52
Bölmə:Karusel / Gündəm / Maraqlı / Foto-fakt | çapa göndər



Xaçmaz rayonu Pirquluoba kəndi ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiyası tərəfindən aparılan tədqiqatın ilkin nəticələri əldə edilib.
 
İnstitutdan verilən məlumata görə, 2017-ci ildə Xaçmazın Pirquluoba və Qoçaqlı kəndinin sakinləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna və Xaçmaz icra hakimiyyətinə rəsmi müraciət edərək Pirquluoba kəndinin inzibati  ərazisinə daxil olan və yerli əhali tərəfindən “Şəhidlik” adlandırılan massivdə arxeoloji araşdırma aparılmasında köməklik göstərilməsini xahiş ediblər. Yerli əhalinin nəsildən-nəsilə ötürülən xatirələrinə əsasən deyilən ərazidə 1918-ci ildə Azərbaycan xalqını işğalçı  erməni-bolşevik rejimindən xilas etmiş Qafqaz-İslam Ordusunun hərbçiləri dəfn edilib.
 
Qeyd edək ki, məsələ  ictimailəşəndən sonra Türkiyə Cümhuriyyətinin  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da bu il fevral ayının 23-də Xaçmazın Pirquluoba kəndinə gələrək yerli əhali ilə görüşüb, türk hərbçilərin basdırıldığı ehtimal edilən məzarlığa baş çəkib.
 
Arxeoloq Qəhrəman Ağayevin bildirdiyinə görə, bu ilin iyul ayından etibarən Pirquluoba  kəndinin yaınlığındakı 4 hektar 82 kv.m sahəni əhatə edən massivin 50 sotluq sahəsində arxeoloji tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində  islam qanunlarına uyğun olaraq üzü Qibləyə doğru istiqamətlənmiş skeletin aşkar olunduğu 2 saylı qəbirdən götürülmüş insan qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təqdim edilib.  Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin açıqladığı ilkin rəyə görə, insan qalıqları 100 il bundan əvvəl öldürülmüş (skelet qalıqlarında ölümə səbəb ola biləcək mexaniki zədə izləri aşkar edilib) 15-25 yaş arasında insana məxsus olub. “İndi burada dəfn edilən  insanların hansı şəraitdə ölməsinə  tarixi və arxiv araşdırmalarından sonra son rəy veriləcək” - deyə arxeoloq Q.Ağayev bildirib.
 
Xatırladaq ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya 2007-ci il iyulun 13-dən 2008-ci il 8 sentyabra qədər Quba soyqırımı məzarlığı ərazisində tədqiqatlar aparıb.
 
Həmçinin, bu il aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Azərbaycan mədəni irs abidələrinin, Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs” mükafatına layiq görülüb.
...




Xəbəri paylaş

7258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___