Bakının üzərini örtən qatı dumanın səbəbi nədir? - RƏSMİ AÇIQLAMA
Tarix: 29-05-2016 | Saat: 17:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu gün səhər saatlarından etibarən Bakının, eləcə də ölkənin bir sıra rayonlarının üzərini toz-duman qatı örtüb. Toz qatı bəzi yerlərdə o qədər güclü olub ki, havanın buludsuz olmasına baxmayaraq Günəş belə görünməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Lent.az-a açıqlamasında deyib ki, artıq ikinci gündür ki, Azərbaycanın üzərinə cənub istiqamətindən toz kütlələri daxil olur: “Bunun səbəbi Ərəbistan yarımadasında artıq 4 gündür ki, davam edən toz burulğanlarıdır. Artıq mayın 27-də axşam saatlarında atmosferdəki toz kütlələri Azərbaycana da çatıb. Lakin həmin gün və dünən hava şəraiti elə idi ki, bu o qədər də hiss edilmirdi və atmosferdəki tozun miqdarı 1 kub metr üçün 27-30 mikroqram həddində idi. Lakin bu gün toz kütlələrinin həcmi daha da artıb və gözlə görünəbilən səviyyə çatıb. Hazırda Bakıda havada tozun miqdarı 1 kubmetr üçün 47 mikroqrama çatıb”.
Nazirlik rəsmisi əlavə edib ki, son günlər Türkmənistan səhralarında da qum burulğanları qeydə alınır və Xəzər dənizi üzərindən də ölkəmizə tozlu hava kütlələri daxil olur: “Lakin bununla belə əsas çirkli hava kütlələri Ərəbistan istiqamətində daxil olub. Sabahdan etibarən toz kütlələrinin çökəcək və hava açılacaq”.
M.Avazova onu da bildirib ki, havada tozun miqdarı ilə bağlı norma 1 kub metrdə 50 mikroqram səviyyəsindədir: “Əgər atmosferdə bu səviyyədən artıq tozluluq müşahidə edilərsə əhaliyə xəbərdarlıq edilə bilər”.
Qeyd edək ki, hazırda ölkədə müşahidə edilən hava şəraiti əsasən tənəffüs yolları və ürək-damar xəstəlikləri olanlar üçün əlverişsizdir. Lent.az
Xəbəri paylaş
7748 dəfə oxunub.
Digər xəbərlər

1-07-2017, 16:38
Yasamal rayonunun icra başçısı vəzifəsindən azad olunub
26-04-2018, 14:15
Mayda neçə gün evdəyik? - RƏSMİ AÇIQLANDI
4-01-2019, 14:52
Güclü külək əsəcək-XƏBƏRDARLIQ
28-08-2016, 18:04
Sabaha bir yağış yağacaq ki...
2-04-2016, 20:04
“Heç kim erməniləri didərgin etmək niyyətində deyil” - Səfir
28-06-2016, 00:39
Zəngin insanlardan məsləhətlər - Varlanmağın yolları
16-06-2020, 10:35
Daha bir məmur oğlunun Londonda ÇOXMİLYONLUQ şirkəti üzə çıxdı(FOTOLAR)
10-01-2017, 22:44
Səngəçalda qaz kəmərində yenə yanğın oldu - 3-cü dəfə
21-12-2016, 18:39
Rusiyada 62 dərəcə şaxta
28-08-2017, 10:47
Qənirə Ataşova yenidən ABŞ-a köçdü