Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni cinayətlərindən Avropaya şikayət göndərilib
Tarix: 13-05-2016 | Saat: 19:12
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Erməni cinayətlərindən Avropaya şikayət göndərilib
Təmas xəttində baş verənlər beynəlxalq hüququn pozulmasıdır.

Report-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

Onun sözlərinə görə, aprelin əvvəlində baş verən döyüşlər zamanı Azərbaycan xalqı vahid mövqedən çıxış edib, dövlət siyasətini dəstəkləyib: “Bu məsələrlə bağlı vətəndaşlar Avropa Məhkəməsinə müraciət edə bilmədiklərinə görə, onlar vəkillərlə təmin olunub. Müvafiq işlər görülür. Artıq, iki müraciət göndərilib. Ermənilər tərəfindən də Avropa Məhkəməsinə iki müraciət daxil olub. Ərizədə qeyd olunub ki, guya Azərbaycan hərbçiləri erməni mülki əhalisini təhqir edir. Mülki əhaliyə Azərbaycan ordsunun müdaxiləsindən söhbət gedə bilməz”.

Ç.Əsgərov qeyd edib ki, digər hallarla bağlı məlumatlar toplanılır, bunlarla bağlı da Avropa Məhkəməsinə müraciətlər ediləcək: “500-dən artıq mülki və sosail obyektə ziyan dəyməsi ilə bağlı ərizələr Avropa Məhkəməsinə göndəriləcək”.


Xəbəri paylaş

5588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___