“Atam özünü öldürməzdən əvvəl qəbiristanlığa molla gətirməyimi istədi” - Video
Tarix: 31-10-2015 | Saat: 16:48
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Ağdaş rayonunda müəmmalı intihar hadisəsinin təfərrüatı məlum olub
APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün rayonun Güvəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdü İsmayılov Mirələm Davud oğlu kənd qəbiristanlığına gedərək əvvəlcə atasının məzarını ziyarət edib, sonra isə məzar başında ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.
Mərhumun oğlu Ramin İsmayılovun sözlərinə görə, atası Mirələm İsmayılov kənddə biyan toplama məntəqəsinin sahibi olub: “O, Ağdaşın kəndlərindən əhalinin yığdığı biyanı pulla alaraq zavoda satırdı. Rayon sakinləri ilə mehriban idi, heç kimlə ədavəti yox idi. O, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul idi. Atam əvvəlcə məzarlığa gedib və babamın məzarını ziyarət edib. O sonra mənə zəng edərək “Quran” oxutmaq üçün qəbiristanlığa molla gətirməyimi istədi. Mən əmimlə birgə mollanı qəbiristanlığa apardıq və gördük ki, atam özünü öldürüb. Atam 3 dəfə ürəyindən əməliyyat olunub, son vaxtlar xəstəliyi ilə bağlı özünü çox narahat hiss edirdi. Çox əsəbi idi. Ehtimal edirik ki, o xəstəliyinə görə özünü öldürüb”.
İki uşaq atası Mirələm İsmayılovun intihar etməsinin səbəbi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mirələm İsmayılovun rəhbərlik etdiyi biyan qəbulu məntəqəsinin son vaxtlar fəaliyyəti dayanıb. O əhalidən topladığı məhsulu sata bilmirdi. Mərhumun banklara və ayrı-ayrı adamlara pul borcu olduğu bildirilir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
6768 dəfə oxunub.
Digər xəbərlər

23-11-2016, 16:49
Azərbaycanda üz tanıma qurğusunu kim alıb? - DYP-dən AÇIQLAMA
22-01-2016, 17:23
Polisin papağı dəyişdi - Foto
12-01-2017, 13:32
Azərbaycanda kreditlər nağdsız formada veriləcək
30-08-2016, 21:23
Ərdoğan Gülənçilər haqda: “Bu alçaqlar…”
21-06-2019, 11:43
Bu gün Azərbaycana yay gəlir
21-05-2017, 12:25
Emin Ağalarov: "O mənim qadınımdır, o mənim dostumdur"
25-07-2017, 11:58
Abituriyentlərin nəzərinə: İxtisas seçimi başlandı
15-07-2018, 11:15
Qazax istiqamətində erməni kəşfiyyatçısı ələ keçirildi - FOTO
21-06-2015, 14:41
Təmsilçimiz Olqa Bikovskaya mübarizəni dayandırıb.
10-03-2016, 15:58
Bakıda ər və arvad dəm qazından boğularaq öldü