“20 Yanvar” dairəsində sıxlığı aradan qaldırmaq məqsədi ilə
Tarix: 25-04-2015 | Saat: 13:10
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
“Azəryolservis” ASC “20 Yanvar” dairəsində tıxacların aradan qaldırılması, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görüb.
Xeberaz.az qurumun saytına istinadən xəbər verir ki, əvəllər Sumqayıt istiqamətindən yan yolla şəhərə, “20 Yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrinə gözləyərək hərəkətlərini davam etdirirdilər. Nəticədə həmin istiqamətdə böyük tıxac yaranırdı. Bunun qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişiliklər edilib. Belə ki, “Şamaxinka” adlanan ərazidən “20 Yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətlərinə davam edə biləcəklər. Dairədə hərəkətdə olan nəqliyyat vasitələri isə həmin istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalacaq. Bunun üçün sözügedən ərazidə müvafiq nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb. Şəhər istiqamətindən dairəyə daxil olan nəqliyyat vasitələri isə əvvəlki kimi dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərinə davam edə biləcəklər.
Bundan əlavə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən “20 Yanvar” dairəsində sıxlığın aradan qaldırılması üçün dairəyə girişdə yolun hərəkət hissələri genişləndirilib, yolun kənarlarına səki daşları qoyulub. “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti və “3-cü mikrorayon” dairəsinə doğru yan yolarda da hərəkət hissə genişləndirilib. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü çəkilib, nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

12-01-2022, 15:46
Bakıda müəllim şagirdin başını divara ÇIRPDI
11-02-2017, 19:17
Antidepressant təsiri yaradan 6 QİDA
10-03-2018, 12:08
Ermənilər bu gecədə dinc durmayıblar
17-06-2019, 11:15
İkinci dəfə xəstəxanaya gətirilən şəxs öldü
29-12-2015, 18:18
Cavid Hüseynovun cinayət işinin istintaqı yekunlaşıb.
13-01-2019, 11:19
Könül Xasıyevaya ağır itki
13-03-2023, 13:11
Bu kişilərin oğlu olmur – ƏGƏR CİNSİ İSTƏK...
15-08-2022, 12:39
Atalığının dəfələrlə təcavüz etdiyi qız canına qəsd etmək istədi - Bakıda tükürpədici olayın TƏFƏRRÜATI
6-11-2017, 11:45
Tatlısəs qızı üçün oyuncaq dükanı aldı
10-12-2021, 10:54
Bakıda marketdə işləyən oğlanla qızın DƏHŞƏTLİ SEVGİ HEKAYƏTİ - Satıcıya aşiq oldu, özünü binadan atdı - FOTO