Dollar 1,44 manata düşə bilər
Tarix: 02-05-2016 | Saat: 15:21
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda bu il ərzində milli valyutanın ABŞ dollarına qarşı mövqeyinin möhkəmlənməsi gözlənilir.
Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları ilə müqayisədə hazırda manatın daha zəif mövqedə olduğu müşahidə edilir.
Qeyd edək ki, əsas ticarət tərəfdaşlarından Rusiyada dolların məzənnəsi 2016-cı ildəki maksimal səviyyə - 86 RUB/USD-dən 25,6% enərək 64 rubla düşüb. Türk lirəsi isə 9% möhkəmlənərək pik (3,07 TRY/USD) həddindən aşağı enib. Azərbaycanda isə dolların məzənnəsi isə maksimal səviyyəsindən (1,6456 AZN/USD) 8,4% möhkəmlənərək 1,5072 AZN/USD-yə düşüb. Bu da manatın real effektiv məzənnəsini aşağı salıb. Real effektiv məzənnənin azalması alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə müşaiyət olunur. Belə ki, ticarət tərəfdaşı olan ölkələrdən idxal edilən malların qiyməti, bu ölkələrdə milli valyutanın möhkəmlənməsi səbəbindən dollar ekvivalentində artdığından, manatın məzənnəsinin dollara nisbətən zəif qalması idxal olunan malların manat ekvivalentində yüksək olmasına səbəb olur. Bu da öz növbəsində əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.
Report-un analitik qrupu hesab edir ki, cari qlobal iqtisadi konyunktur fonunda manatın dollarla müqayisədə 5%-ə qədər möhkəmlənməsi, yəni məzənnənin 1,44 AZN/USD səviyyəsinə qədər geriləməsi iqtisadi canlanmanı artıracaq, gömrük və vergi daxilolmalarının həcmini yüksəldəcək. Bu mənada Azərbaycan Mərkəzi Bankının daha çevik addım atması gözlənilir.
Xəbəri paylaş
6518 dəfə oxunub.
Digər xəbərlər

8-02-2023, 11:12
Türkiyəyə yardım üçün ikinci əl geyim və yataq dəstləri göndərmək olar? - RƏSMİ CAVAB
11-06-2017, 11:11
Çavuşoğlu ilə Tillerson Qətəri müzakirə etdi
13-05-2015, 10:01
Erməni jurnalist Ağdam məscidindən çəkdiyi şəkilləri paylaşıb.
30-08-2022, 12:53
Azərbaycanlı model yarışa makiyajsız qatıldı: Finala çıxdı - VİDEO+FOTO
10-04-2022, 10:25
Xaricdə təhsil dərdi: Bu şəxslərin diplomu Bakıda niyə tanınmır? - VİDEO
27-01-2017, 14:52
Ebru Gündeşin azərbaycanlı tələbəsindən yenilik - VİDEO
11-05-2018, 11:54
Atəşkəs 120 dəfə pozuldu
1-08-2016, 15:54
WhatsApp istifadəçilərinə BƏD XƏBƏR - FOTO