Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı model yarışa makiyajsız qatıldı: Finala çıxdı - VİDEO+FOTO
Tarix: 30-08-2022 | Saat: 12:53
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər



Azərbaycanlı qız "Miss İngiltərə" yarışmasında makiyajsız finala yüksəlib.

Azərbaycanlı Melisa Rauf İngiltərənin 94 illik tarixində müsabiqəyə makiyajsız daxil olan və finala yüksələn ilk namizəd olub.

20 yaşlı qız daxili gözəlliyi ön plana çıxarmaq və sosial mediada yaradılan gözəllik qavrayışına meydan oxumaq istədiyini bildirib. 

Finala da makiyajsız qatılmağı planlaşdırdığını bildirən Melisa yarımfinalın qorxulu, eyni zamanda dəhşətli bir təcrübə olduğunu deyib:

"Bu, mənim üçün çox şey deməkdir, çünki düşünürəm ki, müxtəlif yaşlarda olan bir çox qızlar təzyiq altında olduqları üçün makiyaj edirlər. Kimsə öz sifətindən razıdırsa, onun üzünü makiyajla örtməməliyik. Bizi biz edən və hər bir fərdi unikal edən qüsurlarımızdır. Düşünürəm ki, insanlar öz qüsurlarını qəbul etməlidirlər, çünki bilirik ki, əsl gözəllik sadəlikdədir”.

Melisa makiyaj etməyə çox gənc yaşlarından başladığını, lakin özünü heç vaxt gözəl hiss etmədiyini bildirib.
 

 
 

 

 

 





Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___