Kamal Abdulla Prezidentin məktubunu təqdim etdi
Tarix: 02-05-2016 | Saat: 12:05
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Azərbaycan Prezidentinin Pasxa təbriki pravoslav icmasına çatdırılıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə imzaladığı təbrik məktubunu Rus Pravoslav icmasının üzvlərinin Bakıdakı Jen Mironosits pravoslav kafedral kilsəsində keçirdikləri dini mərasimdə oxuyub. O, təbrik məktubunu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinə təqdim edib.
“Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir.
Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin”.
Prezident İlham Əliyevin onlara ünvanladığı bu səmimi sözləri Azərbaycan pravoslavlarına həssas və qayğıkeş münasibət kimi dəyərləndirən icma üzvləri dövlətimizin başçısına dərin ehtiramlarını ifadə edib, Prezidentə çətin və şərəfli işində uğurlar, möhkəm cansağlığı arzulayıblar.
Xəbəri paylaş
1 1248 dəfə oxunub.
Digər xəbərlər

1-11-2017, 19:48
Leyla Şıxlinskayaya 2 milyon manata görə cinayət işi açıldı
1-02-2022, 18:46
Məşhur fotoqrafdan tükürpədici foto: "Ana qızını satır"
20-04-2023, 10:28
Arvadını başqa kişi ilə tutdu: “Evə çağırdım, çay içdik...”
2-05-2020, 10:39
Azərbaycana 43 kq-a yaxın narkotika gətirmək istədilər - FOTO
11-05-2015, 17:55
İraq hərbçiləri hücümunun qarşısını alaraq 73 yaraqlını məhv edib.
13-11-2015, 15:44
Bakıda polis oğrunu mağazadan sürüyərək çıxardı - VİDEO
21-11-2019, 13:13
Azərbaycanda bələdiyyə sədri həbs edildi - RƏSMİ
19-04-2016, 01:44
Əlinin yeni albomu çıxdı
23-01-2017, 16:28
“Lider” TV-dən Lavrov qalmaqalı ilə bağlı - Açıqlama