Cəbhə xəttinə ən yaxın kənddən - Reportaj
Tarix: 29-04-2016 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
ANS-in Gəncə bürosunun əməkdaşı Ermənistan silahlı qüvvələrinin yerləşdiyi postdan 150 metr aralıda yerləşən Qazaxın Quşçu Ayrım kəndində müşahidələr aparıb.
"Xəbəraz.az "xəbər verir ki, kənd sakinləri bildirir ki, intensiv atışma olmasa da, qarşı tərəfin arabir atəşkəsi pozması kənddə
yerləşən evlərdə dağıntılara səbəb olur. Qazax rayonunun cəbhə xəttinə ən yaxın kəndi olan Quşçu Ayrım eyni zamanda rayonun sonuncu yaşayış massividir. Buradan sonra isə hərbçilər və işğal olunmuş Azərbaycan kəndləri yerləşir.
Sakinlərin sözlərinə görə, kənd hər 3 tərəfdən Ermənistan hərbi birləşmələrinin nəzarəti altındadır. Bu da öz növbəsində kənd sakinlərinin həyatını birbaşa təhlükə altına atır. Gecə olsa da, çox açıq yerdə müsahibə almaq belə təhlükə yarada bilər.
Düzdür son vaxtlar intensiv atışma qeydə alınmasa da Quşçu Ayrımda yaşayanlar qarşı tərəfin istədiyi vaxt atəş açdığını bildirirlər. Ermənistan postundan 150 metr məsafədə yerləşən kəndin əkin və örüş sahələri də işğal altındadır.
"Ermənilər demək olar ki, hər gecə atırlar. Amma buna baxmayaraq kimsə evini tərk etmir", - kən sakini Əvəz Ağamalıyev dedi.
"Mal-qaramızı otara bilmirik. Ermənilər tutub oraları, gecəsi də gündüzü də təhlükəlidir", - kənd sakini İmamqulu Əhmədov bildirdi.
"Burada min nəfərdən artıq sakin yaşayır. Ermənilər atəşi pozurlar, narahatçılıq yaradırlar", - İcra nünmayəndəsi Elmaz Nəsibov bildirdi.
Atəş səsi eşidilən zaman ən çox həyacan keçirən körpələr olur. Buna görə də gecə olanda valideyinlər azyaşlıları evin daha təhlükəsiz otağında yatızdırırlar.
"Ermənilər atəş açan kimi uşağa dəyməsin deyə qaçıb içəri giririk", - kənd sakini Mehri Namazova dedi.
Kənddə elə bir ev yoxdur ki, onun üzərində güllə izi olmasın. Qarşı tərəf mülki şəxsin evini, həyətini və həyatını hədəfə alır. Xoşbəxtlikdən biz çəkiliş apardığımız gecə insidentsiz başa çatdı. Bu sevindirici olsa da növbəti gecə nələrin baş verə biləcəyi məlum deyil.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

20-04-2017, 10:57
Deputat onu söyənləri Milli Məclisə çağırır - “Kişidilərsə, gəlsinlər”
7-09-2016, 18:29
Ana ölümlərinin səbəbi: "Ərə gedəndə bunu gizlədirlər"
10-08-2021, 21:09
Daha bir deputata qarşı saxta diplom ittihamı - Elnur Allahverdiyevin testdənkənar təhsili…
1-02-2019, 11:42
Azərbaycanda "donuz qripi" var? - RƏSMİ AÇIQLAMA
15-03-2019, 16:05
Bu şəxslər evlə təmin edilsin - Deputatdan TƏKLİF
20-05-2015, 14:35
İyun ayının 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakıda taksi fəaliyyətinə icazə verilməyəcək.
17-04-2021, 13:08
Bakıda evdən 80 min dollarlıq oğurluq oldu - FOTO
26-08-2016, 01:48
Nazirliyin binasında 5 yaşlı uşaq yandı (YENİLƏNİB)
4-08-2023, 20:00
Mingəçevirdə iki yeniyetmə faciəvi şəkildə öldü