İyun ayının 1-dən rayon qeydiyyatında olan avtomobillərin Bakıda taksi fəaliyyətinə icazə verilməyəcək.
Tarix: 20-05-2015 | Saat: 14:35
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər
Xüsusi dayanacaqlar ayrılacaq.
Xeberaz.az xəbər verir ki, APA-Economics-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
“İyunun 1-dən qeyri-qanuni taksi fəaliyyətində istifadə olunan, rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə daxil olması qadağan olunacaq”, - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, həmin gündən etibarən rayonlardan şəxsi işləri üçün öz avtomobilləri ilə Bakıya gələnlərin nəqliyyat vasitələri paytaxta buraxılmayacaq.
“Bakı şəhərinə öz şəxsi işləri ilə məşğul olmağa gələnlər üçün Bakı ətrafında - həm şimal, həm də qərb hissəsində xüsusi mühafizə olunan dayanacaqların ayrılması nəzərdə tutulub. Onlar bu dayanacaqlarda nəqliyyat vasitələrini saxlaya bilərlər. Belə şəxslərin şəhərin mərkəzinə, metro stansiyalarına gəlmələri üçün avtobuslar təşkil olunacaq”, - deyə M. Pənahov vurğulayıb.
Nazir müavini əlavə edib ki, bu qərar I Avropa Oyunları ilə əlaqədar verilib və paytaxtın nəqliyyat sistemində olan problemlərin aradan qaldırılması məqsədini daşıyır:
“Bu qərar şəhərin mərkəzi hissəsində nəqliyyat axınının azalmasına yönəldilib. Qərar müvəqqəti xarakter daşıyır. Kifayət qədər böyük tədbir olduğunu nəzərə alaraq, sərnişin axınının tənzimlənməsi, eyni zamanda idmançıların və onlara bərabər tutulan şəxslərin oyunların keçiriləcəyi yerlərə vaxtında çatdırılmasına şərait yaratmağa yönəldilib”.
Xəbəri paylaş
7058 dəfə oxunub.
Digər xəbərlər

22-09-2023, 09:10
Bu dişlər bizi xərçəng xəstəliyindən xilas edirmiş - BİLİRDİNİZMİ?
16-04-2017, 22:17
Səkkiz aylıq hamilə aktrisa: "Çox xoşbəxtik"
14-02-2022, 15:17
Azərbaycana yarım milyonluq "iPhone" keçirərkən yaxalandı - FOTO
14-02-2016, 15:27
“Avro-2016” İspaniya çempion oldu
29-06-2016, 17:50
Çaqqallar 77 yaşlı qadına hücum etdi – Xaçmazda DƏHŞƏT
7-06-2017, 12:03
Analarını Bakıya həkimə gətirmək istədilər, hamısı öldü - BİR AİLƏNİN DƏHŞƏTLİ TALEYİ
5-11-2018, 11:42
Lerikdə 11 nəfər 100 və daha yuxarı yaşdadır
12-07-2015, 10:58
SOCAR yeni yanacaqdoldurma məntəqəsi tikir - Bakıda