Prezidentdən təbrik
Tarix: 28-04-2016 | Saat: 19:35
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.
"Xəbəraz.az
"Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir. Xristian həmvətənlərimiz ölkəmizdə təşəkkül tapmış etnik-dini tolerantlıq mühitində dini mərasim və ayinlərini sərbəst şəkildə həyata keçirirlər.
Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır.
Pasxa bayramı əmin-amanlığın, birlik və bərabərlik duyğularının rəmzidir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin".
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

29-11-2022, 11:59
Min bir dərdin dərmanı - Bu xəstəlikləri olanlar mütləq İSTİFADƏ ETSİN
28-08-2015, 23:15
Terroristlər yerlə yeksan edildi; Onlarla əsir (Fotolar)
22-12-2015, 12:38
Bu gün Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçiriləcək VIDEO
24-02-2017, 13:08
Turizm işçisi Türkiyə də mükafatla təltif olundu-FOTO+VİDEO
11-07-2021, 15:15
Hərbi Prokurorluqdan nəşi tapılan zabitlə bağlı AÇIQLAMA
25-03-2015, 22:25
Bu ay reytinqleri darmadagin eden xit mahnı Video
8-05-2016, 19:08
"Davudoğlu səhərə qədər ağladı..."
24-03-2018, 19:48
Məzahir Pənahovdan sosial şəbəkələrlə bağlı XƏBƏRDARLIQ
7-05-2017, 14:40
Bakıda villa yanıb kül oldu - YENİLƏNİB