Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hərbi Prokurorluqdan nəşi tapılan zabitlə bağlı AÇIQLAMA
Tarix: 11-07-2021 | Saat: 15:15
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / M2 / Qarabağdan xəbər var | çapa göndər


Hərbi Prokurorluqdan nəşi tapılan zabitlə bağlıAÇIQLAMA


“Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülürməsi təmin olunub”.
"Xeberaz.Az"  xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşən hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata keçirilən əməliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılan müntəzəm iş nəticəsində itkin düşən hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.
Bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşən daha bir hərbi qulluqçunun – kapitan Pənahov Əkbər Bəylər oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
İtkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.


Xəbəri paylaş

3188 dəfə oxunub.

Digər xəbərlər
29-10-2017, 12:29 Məsud Bərzani istefa etdi

bütün xəbərlər
____ Instagram ___