Telekanalların dil qüsurları müəyyən olunub
Tarix: 18-04-2015 | Saat: 02:16
Bölmə:Karusel / Gündəm / M2 / Fotogalereya / Araşdırma | çapa göndər
AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşları tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən bu ilin yanvar-aprel aylarında televiziyaların dilinin monitorinqi aparılıb.
Xeberaz.az Modern.az-a istinadən xəbər verir ki, Dilçilik İnstitutunun Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə apardığı monitorinqinin nəticələri açıqlanıb.
Ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, Space TV, Lider TV və Xəzər TV) xəbər və müxtəlif verlişlərin dili araşdırılıb, proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib.
Dilçilik İnstitutunun, akademik Tofiq Hacıyev ədəbi dilin KİV sahəsində, xüsusən də televiziyalarda işlənməsində mövcud problemlərdən danışıb.
MTRŞ-nın sədr müavini, professor Qafar Cəbiyev isə TV-lərlə bağlı aparılan son montonrinqlər zamanı diqqəti cəlb edən əsas nöqsanlardan danışıb. O, dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.
Sonra çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli dil qüsurlarının aradan qaldırılması məqsədilə Dilçilik İnstitutu və MTRŞ-ın birgə təşkilatçılığı ilə may ayında keçiriləcək təlimlər barədə ətraflı məlumat verib.
Daha sonra institutun aparıcı elmi işçisi, televiziyaların monitoriqi üzrə qrup rəhbəri Şahlar Məmmədli statistik təhlillər əsasında televiziyaların dili üzərində aparılmış monitorinqin nəticələri və müşahidə olunan dil qüsurlarından danışıb. Bildirib ki, monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyələri üzrə 145 nümunə tədqiqata cəlb edilib. Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41- i isə qrammatik normaya aid dil qüsurlarıdır.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

16-10-2017, 13:54
Piyada ölümlərini azaldacaq YENİLİK - "AĞILLI" KEÇİDLƏR
1-04-2016, 12:36
Ərdoğan ABŞ-dan Putinə səsləndi
27-10-2021, 22:16
Professor İzzət Şamxalova həbs edildi
25-10-2016, 20:58
Müəllimlərin əməkhaqqı artırılacaq - RƏSMİ AÇIQLAMA
3-07-2015, 15:32
VİDEO: Piton ilan yarasanı belə ovladı
27-10-2021, 12:05
Azərbaycanda təbii qazın qiyməti yenidən arta bilər? - RƏSMİ AÇIQLAMA
5-08-2015, 19:46
FIFA ofsayd qaydasını dəyişdi - YENİLİK
10-01-2016, 22:01
Düşənbədə gimnast qız günbəzin altında trük edərkən yıxıldı – VİDEO
28-04-2016, 09:17
Etibar Pirverdiyev martda verdiyi əmri ləğv etdi