Professor İzzət Şamxalova həbs edildi
Tarix: 27-10-2021 | Saat: 22:16
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə / Araşdırma | çapa göndər
Azərbaycanda qadın professor dələduzluq etməkdə ittiham olunaraq həbs edilib.
"Xeberaz.Az" Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının professoru İzzət Şamxalova bir neçə nəfərə qarşı dələduzluq etməkdə günahlandırılıb.
İstintaq sənədlərinə əsasən, qadın qulluq mövqeyindən istifadə edib. Belə ki, ona kömək üçün müraciət edən şəxsə elmi dərəcə almasına köməklik göstərəcəyinə dair yalan vəd verib.
Bu məqsədlə həmin insanı aldadıb, ümumilikdə 16 843 manatlıq dələduzluq edib.
Professor 2014-cü ildən nazirlikdə işləməyə başlayarkən də təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədlərini həyata keçirib.
İstintaq müəyyən edib ki, ona müraciət etmiş tanışını hospitallardan birində şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib.
Bu məqsədlə də həmin insana qarşı 15 000 manat dələduzluq edib. Beləcə o, daha bir neçə nəfəri də aldadıb.
Sonradan onun aldatdığı şəxslər polisə şikayət ediblər və cinayət işi açılıb.
Professor Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, iki il müddətinə azadlıqdan məhrum edilib. Qadın məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, professor 2014-cü ildən 2020-ci ildə isə nazirliklərin birində çalışıb.
Xəbəri paylaş
1 1298 dəfə oxunub.
Digər xəbərlər

12-04-2021, 13:44
Sürücüyə xəsarət yetirib maşını qaçırdılar - Yevlaxda
27-02-2020, 22:14
“İrşad”dan aldığı telefon xarab çıxdı, şirkət dəyişmədi - Yenilənib
22-08-2015, 17:49
Röya vəkillərdən şikayət etdi
31-07-2017, 19:19
Müslüm Maqomayevin 75 illik yubileyi keçiriləcək
30-11-2022, 11:45
Pakistanda kamikadze özünü partlatdı: Otuzdan çox yaralı var
23-09-2016, 19:19
Bakıda sərnişin avtobusunda RÜSVAYÇILIQ - VİDEO
19-04-2016, 14:35
“Ali baş komandan “dur” əmrini verməsəydi…” - General Aydəmirov
3-02-2019, 15:20
Bakının məşhur otelində azyaşlı qız evli kişi tərəfindən zorlanıb
23-12-2019, 03:11
Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir