Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi artıb
Tarix: 09-02-2016 | Saat: 13:40
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Bank ötən ilin yekunlarına dair hesabatını açıqlayıb.
2015-ci ilin yanvarın 1-nə Azərbaycan kredit təşkilatları tərəfindən 21 milyard 718 milyon manat kredit qoyuluşunun 8 milyard 383,6 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub. Bu isə son bir ayda 853,6 milyon manat və ya 11,33% artım deməkdir.
Xəbəraz.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunlarına aid açıqladığı hesabatda deyilib.
AMB qeyd edib ki, kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi isə son bir ayda 40,2%-dən 38,6%-ə düşüb.
Verilən istehlak kreditlərinin ən pik həddi 2015-ci ilin martın 1-də qeydə alınıb, 8 milyard 416,7 milyon manat. Ötən ilin əvvəlində, eləcə də fevralın 1-nə olan hesabata görə, istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi nə az, nə çox 44% olub.
Qeyd edək ki, dekabrın 1-nə Azərbaycanda istehlak kreditlərinin həcmi 7 milyard 530 milyon manat təşkil edib.
Ekspertlər, istehlak kreditlərinin həcminin yenidən artımını manatın təkrar devalvasiyası, yəni ötən ilin dekabrın 21-də milli valyutanın dollar qarşısında ucuzlaşması ilə əlaqələndirirlər.
Xəbəri paylaş
5568 dəfə oxunub.
Digər xəbərlər

9-09-2018, 12:16
Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Qara dənizdə boğuldu
20-07-2017, 23:05
Stilist Gülruhu arıqladan – PƏHRİZ
17-09-2017, 20:45
Şeyxin oğlunun ölkəni birdəfəlik tərk etməsi təsdiqləndi
3-11-2017, 09:40
Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilk qatar bu gün Qarsa çatdı
27-01-2022, 13:08
Bakıda məşhur oteldə İNTİHARA CƏHD: qollarını doğradı
29-07-2016, 10:41
Çirkli suyu təmizləməyin yeni üsulu tapıldı
15-03-2016, 11:32
Alt paltarında narkotik keçirmək istədilər
7-06-2016, 15:16
Putinin partiyasına namizəd döyüldü - Video
9-04-2015, 21:43
Mərkəzi Bankdan dollar açıqlaması.
10-07-2015, 20:48
“İtkin gəlin”in qəhrəmanları 22 ildən sonra bir arada