Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Qara dənizdə boğuldu
Tarix: 09-09-2018 | Saat: 12:16
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Qara dənizdə boğuldu


Azərbaycan Dövlət Tibb Universitetinin 2-ci kurs tələbəsi olan Türkiyə vətəndaşı Qara dəniz çimərliklərindən birində boğulub.

Xeberaz.az xəbər verir ki, Giresunun Merkez Güre Məhəlləsi səmtində yerləşən çimərliklərindən birinə 2 dostu ilə birlikdə sərinləməyə gedən 23 yaşlı Hüseyn Topşir dənizin dalğalı olması səbəbindən axına düşüb. O, tezliklə dalğalar arasında gözdən itib. Dostları onu xilas etməyə çalışsalar da dalğaların get-gedə daha da artmasına görə heç nə edə bilməyiblər. Sahildəkilər hadisə barədə xilasetmə xidmətinə məlumat veriblər.

Xilasedicilər dünən sentyabrın 8-də axtarışlar aparsalar da nəticə əldə edilməyib, axtarışlar bu gün davam etdiriləcək.

Hüseyn Topşir bu gün Azərbaycana qayıtmağa hazırlaşırmış. Onun atası məscid imamıdır və Almaniyadakı məscidlərdən birində işləyir.



1748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___