Cüdoçumuz gümüş medal qazandı
Tarix: 07-02-2016 | Saat: 12:32
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Millimiz aktivinə ilk medalı yazdırıb.
Fransanın paytaxtı Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turnirinə start verilib.
Cüdo Federasiyasından verilən məlumata görə, 93 ölkədən 583 cüdoçunun qalib adı uğrunda mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 11 idmançı ilə təmsil olunur.
Yarışın ilk günündə 4 cüdoçu ilə mübarizəyə başlayan millimiz aktivinə bir medal yazdırıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyevin çıxışı uğurlu alınıb. Cüdoçumuz 1/4 finala gedən yolda qırğızıstanlı Argen Bakıtbek, perulu Juan Postiqos və tatami sahibi Vinsent Limare üzərində qələbə qazanıb. 1/4 finalda Koreya təmsilçisi Von Jin Kimi məğlub edən Mükiyev, yarımfinalda Özbəkistan cüdoçusu Şarafuddin Lütfillaevə də qalib gələrək adını finala yazdırıb. Lakin finalda Yaponiya təmsilçisi Toru Şişimeyə məğlub olan İlqar Müşkiyev “Böyük dəbilqə”nin gümüş medalını qazanıb.
Digər cüdoçularımız - Orxan Səfərov ( 60 kq), Hidayət Heydərov və Tərlan Kərimov (hər ikisi 66 kq) mübarizəni erkən dayandırıblar.
Xəbəri paylaş
6038 dəfə oxunub.
Digər xəbərlər

16-08-2017, 12:22
Serdar Ortaçdan Manaf və Baloğlan paylaşımı – FOTO-
27-01-2016, 21:06
“Azərbaycan” qəzeti satış problemi ilə üzləşib
13-09-2018, 18:49
Bakıda 8 min ərəb QİÇS-ə yoluxub? - Rəsmi reaksiya
5-02-2018, 19:36
Yoxsulluqdan necə xilas olaq?
26-02-2022, 10:28
Ukraynada azərbaycanlıların harayı: "3-4 günlük yeməyimiz qalıb"
19-09-2016, 20:08
Azərbaycanlı idmançıdan bütün dünyanın danışdığı addım (VİDEO)
7-03-2022, 10:38
Qəbələdə öldürülən 23 yaşlı Aytacın - Fotosu
9-05-2016, 18:06
İŞİD-in yeni “ölüm üsulu”: gözləri bağlı halda... FOTO (18+)
15-03-2023, 14:30
Sabah bəzi yerlərdə yağış yağacaq
28-05-2015, 21:35
Peygemberimizin etdiyi en xeyirli dua hansidir?