"Elə vaxtında da ayrıldıq" - AzTV-dən çıxan bədii rəhbər
Tarix: 08-04-2015 | Saat: 12:31
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər
Xəbər verildiyi kimi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) 4 əməkdaşı - AzTV-nin bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayev, tanınmış rejissor Elnur Məmmədov və "Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və montajçı Feyzulla öz ərizələri ilə işdən çıxıb. Etibar Babayevin bu olaya münasibəti özünü çox gözlətməyib.
Axşam.az-ın məlumatına görə, o, aznews.az-a işdən uzaqlaşmağı haqda bunları bildirib:
“AzTV-dən uzaqlaşmaq fikrim çoxdan var idi. Xeyli vaxt düşünürdüm ki, kənarda bir prodakşn yaradım, film, serial çəkim, tamaşa qoyum. Biz azad insanlarıq. Çıxanların hamısı mənim komandamın üzvləridir. Onsuz da heç bir iş yeri ömürlük deyil. Əgər dövlət qurumunda çalışa bilirsənsə, deməli özəl şirkətdə də işləmək mümkündür”.
AzTV-nin keçmiş bədii rəhbəri televiziyada heç kəslə münaqişədə olmadığını da deyib:
“AzTV bizim doğma televiziyamızdır. Orda çalışanların hamısı dostlarımızdır. Sadəcə, çıxmağımızda məqsəd yaradıcılıq istiqamətini dəyişmək idi. Misal üçün, serial çəkmək istəyirsən, AzTV-də işləyə-işləyə isə bu ideyanı gerçəkləşdirmək qeyri-mümkündür, çünki gərək əməyini buna yönəldəsən, 2-3 ay bu işlə məşğul olasan. Özəl yerdə işləyəndə isə yaradıcılıq baxımından zamanın olur, ancaq televiziyada daşıdığın vəzifə buna imkan vermir. Əlbəttə, hər işin öz tələbi var. Bu yaşacan işlədik, mənə elə gəlir ki, elə vaxtında da ayrıldıq. AzTV-nin rəhbərliyi ilə də heç bir fikir ayrılığım yoxdur. Bu gün, sabah öz işimizə başlayacağıq”.
Xəbəri paylaş
7808 dəfə oxunub.
Digər xəbərlər

5-10-2015, 23:29
Yağış Mingəçevir şəhərinin küçələrini keçilməz edib – VİDEO
16-01-2018, 11:25
Sıla ilə Ahmet bu səbəbdən ayrılıb-FOTO
11-03-2022, 11:26
Afət Flora Kərimovanı məhkəməyə verdi - Nüfuzuma zərər vurur
26-08-2016, 02:23
Göyçayda tələbə qız intihara cəhd edib-Həmidova Nuranə
31-08-2015, 12:54
Tələbəsindən Vahabzadə ilə bağlı xoş olmayan xatirə
15-01-2016, 15:52
Azərbaycanın ən gözəl 10 modeli – SİYAHI + FOTO
23-08-2022, 10:45
Xoşqədəm Hidayətqızı: "Kişi olsaydım gündə birini boşayardım" - VİDEO
28-03-2015, 17:40
"Rabitə" Dinamo Krasnodar qarşısında | YENILƏNIB
16-03-2019, 10:09
Rusiya bu iki ölkəyə hücum edəcək – Saakaşvili