"Elə vaxtında da ayrıldıq" - AzTV-dən çıxan bədii rəhbər
Tarix: 08-04-2015 | Saat: 12:31
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər
Xəbər verildiyi kimi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) 4 əməkdaşı - AzTV-nin bədii rəhbəri, rejissoru, əməkdar incəsənət xadimi Etibar Babayev, tanınmış rejissor Elnur Məmmədov və "Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və montajçı Feyzulla öz ərizələri ilə işdən çıxıb. Etibar Babayevin bu olaya münasibəti özünü çox gözlətməyib.
Axşam.az-ın məlumatına görə, o, aznews.az-a işdən uzaqlaşmağı haqda bunları bildirib:
“AzTV-dən uzaqlaşmaq fikrim çoxdan var idi. Xeyli vaxt düşünürdüm ki, kənarda bir prodakşn yaradım, film, serial çəkim, tamaşa qoyum. Biz azad insanlarıq. Çıxanların hamısı mənim komandamın üzvləridir. Onsuz da heç bir iş yeri ömürlük deyil. Əgər dövlət qurumunda çalışa bilirsənsə, deməli özəl şirkətdə də işləmək mümkündür”.
AzTV-nin keçmiş bədii rəhbəri televiziyada heç kəslə münaqişədə olmadığını da deyib:
“AzTV bizim doğma televiziyamızdır. Orda çalışanların hamısı dostlarımızdır. Sadəcə, çıxmağımızda məqsəd yaradıcılıq istiqamətini dəyişmək idi. Misal üçün, serial çəkmək istəyirsən, AzTV-də işləyə-işləyə isə bu ideyanı gerçəkləşdirmək qeyri-mümkündür, çünki gərək əməyini buna yönəldəsən, 2-3 ay bu işlə məşğul olasan. Özəl yerdə işləyəndə isə yaradıcılıq baxımından zamanın olur, ancaq televiziyada daşıdığın vəzifə buna imkan vermir. Əlbəttə, hər işin öz tələbi var. Bu yaşacan işlədik, mənə elə gəlir ki, elə vaxtında da ayrıldıq. AzTV-nin rəhbərliyi ilə də heç bir fikir ayrılığım yoxdur. Bu gün, sabah öz işimizə başlayacağıq”.
Xəbəri paylaş
7798 dəfə oxunub.
Digər xəbərlər

3-07-2017, 16:50
Fahriye və Burakın bal ayından yeni FOTOlar
3-06-2016, 17:21
İraq Türkiyəyə yeni səfir göndərdi
12-06-2020, 15:18
Nazir Bakıda 4 məktəb direktorunu İŞDƏN ÇIXARDI
11-12-2016, 15:22
O nəhəng məxluq Azərbaycanda da göründü - SAKİNLƏR DANIŞIR - VİDEO
14-06-2016, 15:38
Hamilə qadın məhkəmə zalından azadlığa buraxıldı
18-11-2015, 13:17
Bakı polisi dələduz “general”ı axtarır – FOTO
17-07-2016, 15:29
Sabah havanın temperaturu 42 dərəcəyədək artacaq
22-03-2015, 22:18
Yığma komandamız başsız qaldı.
23-12-2020, 16:00
Ermənistanda etirazçılar yenidən küçələrə axışdı - AKSİYA - CANLI
30-03-2018, 12:53
KÜLƏKLƏ ƏLAQƏDAR BAKI MƏKTƏBLƏRİNDƏ DAVAMİYYƏT AŞAĞI DÜŞÜB - RƏSMİ