Azərbaycan növbəti beynəlxalq reytinqdə ön sıralardadır
Tarix: 22-01-2016 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Komitə məlumat yaydı.
Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində yer alıb.
129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan demək olar ki, maksimum balı (9,7 bal) toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə ölkəmiz reytinq cədvəlində ən yaxşı 20-lik sırasına daxil edilib.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib.
“Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən fəaliyyət və tətbiq edilən yeniliklər beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business” hesabatlarında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer alır.
Azərbaycanın əldə etdiyi yüksək beynəlxalq göstəricilər son illər komitə tərəfindən ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi, qeydiyyat müddətlərinin qısaldılması və qeydiyyat sisteminin müasir standartlara çatdırılması sahəsində aparılan işlərin nəticəsidir.
Bu sahədə elektron, onlayn və SMS xidmətlərin, “bir pəncərə” prinsipinin, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib, şəffaflıq, rahatlıq və operativliyi daha da artırıb”, - deyə komitədən qeyd edilib.
Xəbəri paylaş
5558 dəfə oxunub.
Digər xəbərlər

30-07-2023, 13:24
Dəstəmaz almağın tibbi faydası - Ürəyə və əsəbə xoş gələn çarə
17-02-2021, 17:04
Kafedə "sevgililər günü" keçirən şəxslər CƏRİMƏLƏNDİ
15-04-2022, 23:53
"Ukraynada atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk” - Çavuşoğlu "Ukraynada atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk” - Çavuşoğlu
18-04-2016, 14:46
Qadını şantaj edən şəxs tutulub
15-08-2015, 01:36
Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu
12-12-2022, 17:18
Hacı Şahin AÇIQLADI: "Cinsini dəyişən insan mömin olarsa..." - VİDEO
15-01-2018, 17:07
Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, məşhur univermağın sahibi..
26-10-2015, 10:32
Xoşbəxt Olmağın Sirləri
9-07-2017, 17:03
Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfərə gəlib - FOTO