Milli Məclisdən banklarda pulu olanları sevindirəcək qərar
Tarix: 19-01-2016 | Saat: 13:11
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Milli Məclisin bu gün keçiriləcək növbədənkənar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Bu Qanunda istifadə olunan anlayışlar "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.
Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır.
Bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda, həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə, onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq, müvafiq dəyişikliklər edilməlidir.
Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.
Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə bu Qanuna uyğun olaraq sığortalanmamış əmanətlər üzrə kompensasiyalar "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada ödənilir.
Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibəti, habelə bu Qanuna uyğun olaraq tam sığortalanmış əmanətlər üzrə kompensasiya ödənişi, həmçinin içtimaiyyətin məlumatlandırılması məsələləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bu Qanuna əsasən tam sığortalanmış əmanətlər üzrə kompensasiya məsələləri bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən tənzimlənir.
Xəbəri paylaş
7458 dəfə oxunub.
Digər xəbərlər

10-12-2020, 13:40
Zakir Həsənov Zəfər paradında raport verdi
8-05-2015, 15:37
Azərbaycanlı boksçu Fariz Məmmədov Belarusdan olan rəqibi Andrey Abramenkonu nokauta göndərib. – VİDEO
17-11-2015, 17:21
“Kupça” ların verilməsində – YENİLİK
25-07-2020, 13:40
ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirliklərindən birgə BƏYANAT
22-10-2015, 13:36
Məşhur rəqassənin oğlu xəstəxanalıq oldu
7-04-2017, 15:35
Azərbaycanda sərnişinlər ölümlə üz-üzə... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
12-03-2015, 13:16
Pakistan prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
22-12-2015, 13:15
Uran dollara aid yeni mahnı yazdı (VİDEO)
30-09-2016, 22:45
Anar Məmmədxanovun oğlu AFFA-da işə başladı