Azərbaycanda televiziyanın baş direktoru vəzifəsindən azad edildi - FOTO
Tarix: 16-01-2016 | Saat: 18:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Müqavilənin müddəti başa çatdı.
“CBC Sport” telekanalının baş direktoru İlham Rüstəmov tutduğu vəzifədən gedib.
Xəbəraz.az -ın Report-a istinadən məlumatına görə, televiziyanın onunla imzaladığı 6 aylıq müqavilə müddəti başa çatıb.
Telekanalın yaydığı məlumatda baş direktor vəzifəsini, funksiyaları və xidmətlərini müvəqqəti olaraq Volkan Üstün icra edəcəyi bildirilib. 20 ildən çox iş təcrübəsinə malik olan mütəxəssis Türkiyə, Kanada və digər ölkələrdə çalışıb. Türkiyə və Böyük Britaniyada televiziya sahəsində təhsil alan Volkan Üst bir sıra məşhur telelayihələrin hazırlanmasında iştirak edib.
Qeyd edək ki, iş fəaliyyətinə 1992-ci ildə Türkiyənin ictimai kanalı “TRT”də müxbir kimi başlayan V.Üst daha sonra “Show TV”də baş mütəxəssis vəzifəsində çalışıb. Türkiyə ordusunda hərbi qulluğa yollandıqdan sonra xüsusi təyinatlı bölümdə qulluq edən V.Üst 2000-ci ildə ehtiyata buraxılıb. Həmin il Türkiyənin NTV kanalına baş direktorun müavini təyin olunan mütəxəssis 7 il orda çalışıb.
Sonra Kanadanın Canvas TV media qrupundan təklif alıb və 2007-ci ildən orada baş direktor vəzifəsini icra edib. 2010-cü ildə yenidən Türkiyədən təklif alıb və Kanal D telekanalına baş direktor təyin edilib. 2 ildən sonra yenidən Kanadanın Canvas TV media qrupuna qayıdıb və baş direktor kimi fəaliyyətini davam etdirib.
Xəbəri paylaş
7338 dəfə oxunub.
Digər xəbərlər

25-03-2016, 12:02
Aygün Kazımova alış-veriş mərkəzində konsert verdi - fotolar
7-09-2015, 13:33
Sabir Rüstəmxanlının həyat yoldaşı namizəd olacaq
9-03-2021, 12:47
Naxçıvanda daha bir sabiq nazir həbs edildi
29-08-2016, 14:25
Ərəb turistlər qışda da Bakıya gələcəklər
28-09-2017, 11:25
Uşaqlar arasında qrip yayılıb - Baş pediatr valideynləri İTTİHAM ETDİ
30-03-2020, 12:20
Azərbaycanda orduya çağırış müddəti uzadıldı
6-01-2016, 12:36
İŞİD 35 türkmənin başını kəsdi
13-06-2019, 11:05
İcra başçısı generalla quda oldu - Hakim elitada daha bir ittifaq
7-09-2016, 18:57
Azərbaycanda xilaskar həkim mükafatlandırıldı
1-07-2016, 15:59
Manatın möhkəmlənməsinin 4 mühüm yolu