1 ailə qidadan, 1 ailə isə turşudan zəhərləndi - AZƏRBAYCANDA
Tarix: 02-01-2016 | Saat: 15:05
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bayram günlərində Bakı şəhərində qida zəhərlənməsi ilə bağlı xəstəxanalardan hər hansı məlumat daxil olmayıb, vətəndaşların müraciəti qeydə alınmayıb.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.
Azərbaycanın rayonlarına gəlincə, İ. Abdullayev deyib ki, yalnız dekabrın 31-də Tovuz rayonunun iki kəndində qida zəhərlənməsi qeydə alınıb. Hunanlar kəndində bir ailənin 4 üzvü öz bişirdikləri ev xörəkləri – bozbaş və kulinariya yeməkləri yedikdən sonra xəstəxanaya müraciət edib. Onların vəziyyətləri hazırda normaldır, bu gün evə buraxılacaqları gözlənilir.
Tovuzun rayonunun Qala kəndində isə bir ailənin 3 üzvü kustar yolla hazırladıqları pomidor turşusundan zəhərləniblər. Botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərdə yüngül hal qeydə alındığından onlar artıq evə buraxılıblar.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

29-06-2015, 21:25
Ermənilər Azərbaycana yumurta və toyuq əti göndərir
28-08-2016, 00:17
Türkiyədəki Ermənistan casusları deşifrə edildi
2-09-2016, 16:42
Putin Çinə dondurma alıb aparacaq
19-11-2016, 14:12
“50 il biz idarə edəcəyik” – DÜNYAYA MEYDAN OXUDU
3-05-2016, 12:30
Vahid Avropa Ordusu çağırışı
11-01-2017, 20:05
Azərbaycanda hər gün 5 körpə ölür - DƏHŞƏTLİ RƏQƏMLƏR
8-05-2016, 14:00
Ruslar Qarabağ uğrunda döyüşəcək
5-12-2017, 12:00
Hacı Məmmədov dəfn edildi
9-06-2016, 14:31
Britaniyadan Azərbaycanla bağlı çağırış
29-08-2017, 20:27
"Mini yubkalı, ağzında siqaret, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox" - Təşkilat sədri