1 ailə qidadan, 1 ailə isə turşudan zəhərləndi - AZƏRBAYCANDA
Tarix: 02-01-2016 | Saat: 15:05
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bayram günlərində Bakı şəhərində qida zəhərlənməsi ilə bağlı xəstəxanalardan hər hansı məlumat daxil olmayıb, vətəndaşların müraciəti qeydə alınmayıb.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.
Azərbaycanın rayonlarına gəlincə, İ. Abdullayev deyib ki, yalnız dekabrın 31-də Tovuz rayonunun iki kəndində qida zəhərlənməsi qeydə alınıb. Hunanlar kəndində bir ailənin 4 üzvü öz bişirdikləri ev xörəkləri – bozbaş və kulinariya yeməkləri yedikdən sonra xəstəxanaya müraciət edib. Onların vəziyyətləri hazırda normaldır, bu gün evə buraxılacaqları gözlənilir.
Tovuzun rayonunun Qala kəndində isə bir ailənin 3 üzvü kustar yolla hazırladıqları pomidor turşusundan zəhərləniblər. Botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərdə yüngül hal qeydə alındığından onlar artıq evə buraxılıblar.
Xəbəri paylaş
6248 dəfə oxunub.
Digər xəbərlər

5-12-2018, 17:08
Prezident icra başçısı ilə bağlı sərəncam verdi
21-06-2015, 17:55
Gördüyünüz şəxslər nənə, qız və nəvədir - FOTOLAR
13-01-2017, 23:03
"17 yaşımda bundan da qısa geyinirdim" - 61 yaşlı əməkdar artist/FOTOLAR
5-10-2022, 09:56
Bakıda sürücüsü tanınmış həkimi soydu - 11 min manat - FOTO
13-07-2015, 21:28
Rusiyada oğurluq edən azərbaycanlı tutulub
3-09-2016, 20:00
Arzu Əliyeva evlilik ildönümünü qeyd edir - FOTOLAR
6-04-2016, 14:39
Rasim Əliyevin anası: Onu Cavid Hüseynov evdən aldadaraq çıxarıb
8-06-2017, 20:23
İŞİD bu ölkələrdə terror aktları törədəcək - SİYAHI