Mərkəzi Bank bankların kapitalına qarşı tələbləri yumşaltdı
Tarix: 29-12-2015 | Saat: 22:47
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edib.
Bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dekabrın 21-də Kontr-tsiklik prudensial tənzimlənməsi çərçivəsində bankların fəaliyyətinə dair prudensial tələblərin yeni makroiqtisadi şəraitə uyğunlaşdırılmasını və bununla bank sektorunun maliyyə dayanıqlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.2-ci maddələrinə əsasən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, bank məcmu kapitalın adekvatlıq əmsalı 12%-dən 10%-ə və I dərəcəli kapitalın adekvatlıq əmsalı 6%-dən 5%-ə endirilib. Başqa sözlə, bank məcmu kapitalın adekvatlıq əmsalın 10%-dən və I dərəcəli kapitalın adekvatlıq əmsalını 5%-dən az olmayan səviyyədə saxlamalıdır.
Bundan başqa, banklar leverec əmsalını əvvəlki kimi 6%-dən yox, 5%-dən az olmayan səviyyədə saxlamalıdır.
Əgər bu dəyişikliklərə qədər aktivlər 5 risk dərəcəsinə bölünürdüsə, indi aktivlər 0, 20, 50, 100 faizli risk dərəcələrindən (qruplarından) birinə aid edilir.
Xəbəri paylaş
6428 dəfə oxunub.
Digər xəbərlər

6-06-2016, 19:43
Rus yazıçıdan şok çağırış: Qazaxıstanı işğal edək
26-08-2022, 11:42
Şəkidə film kimi hadisə: Sakinlər necə "tor"a salındılar?
28-07-2021, 11:50
Güclü külək Bakıda 46 ağacı aşırtdı
5-09-2018, 12:38
İsmayıllıda qadınların alt paltarını oğurlayan manyak peyda olub
27-08-2018, 13:33
Merkellə Putinin bu görüntüsü qalmaqal yaratdı - Foto
22-01-2018, 12:27
Bakıda dəhşətli QƏTL: arvadını yastıqla boğub öldürdü
22-03-2022, 11:36
Bakıda AĞIR QƏZA: Moped sürücüsü öldü - FOTO