“Kaş məni Kəlbəcərdə basdırardılar” - İtkin neftçi meyiti tapılmazdan öncə bunu istəyib
Tarix: 28-12-2015 | Saat: 21:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
“Kaş Kəlbəcər geri qaytarılaydı və məni də orda atamın yanından basdırardılar. Mən bilirəm ki, onsuz da dənizdə batıb gedəcəm”. Bu sözləri dekabrın 28-də dəfn olunan “Günəşli” yatağındakı qəzanın qurbanı, neftçi İman Qasımov hələ 10 il bundan öncə oğlu İslamla söhbətində deyibmiş.
Doğma yurdu Kəlbəcər həsrəti ilə alışıb-yanan neftçi İmana işğal altındakı dədə-baba torpaqlarını yenidən görmək qismət olmadı. Həyatda ən çox istəyi yenidən Kəlbəcərə gedib, orada – Kilsəli kəndindəki dağıdılmış evini tikmək idi. Amma amansız ölüm neftçi İmanın bu arzusunu gözündə qoydu.
4 dekabr tarixində Xəzərin dalğalarına qərq olub itkin düşən İman Qasımovun cansız bədəni 24 gündən sonra tapıldı. İman bu “gəlişi” ilə ailəsinin, yaxınlarının, dostlarının qəlbinə dağ çəkdi.
Bu gün Qaradağın Lökbatan qəsəbəsində İman Qasımovun yas çadırı qurulmuşdu. Ailəsi və yaxınları bu acı həqiqəti qəbul etməkdən başqa heç nə edə bilmirdilər.
İmanla vida mərasimi səhər saatlarından başlamışdı. Yaxınları , əzizləri bu acı həqiqətlə - İmanın vaxtsız ölümü ilə barışmaq istəmirdilər. Bununla belə, yas mərasimindəki insanların hamısında həm də sanki bir təskinlik vardı. Bu da digər 22 itkin neftçidən fərqli olaraq, İmanın meyitinin tapılmasıydı. Məhz buna görə də ağsaqqallar mərhumun yaxınlarına özülərinə bir qədər toxtaqlıq verməyi məsləhət görürdülər ki, “heç olmasa gözünüz yolarldan yığıldı”. Ağsaqqalların sözündə bir həqiət payı vardı: meyitin tapılmağı itkin olmaqdan daha yaxşı idi. Heç olmasa İmanı yad etməyə bir yeri, bir məzar olacaqdı.
İmanın böyük oğlu İslam Qasımov bizimlə söhbətdə dedi ki, atası tapıldığı dünənki gün, yəni 27 dekabr onun doğuldüğü tarix imiş... Taleyin işinə bax: uzun müddət dənizdə axtarışı aparılan İman Qasımov məhz oğlunun doğulduğu gündə ailəsinin yanına “gəlib çıxa bildi”. Baxmayaraq ki, bu gəliş o gəlişdən deyildi.
İslam artıq bundan sonra hər il öz ad günündə qəmli-qüssəli olacağını, atasızlığın tamını bir daha dadacağını deyirdi.
Atasının itkin düşməsindən sonra hər gecə Allaha dua edən İslam sonuncu dəfə onun üzünü görməyi arzulayırmış: “Atam itkin düşən gündən etibarən hər gün gecə Allaha dua edib yalvarırdım ki, heç olmasa yuxuda üzünü görüm. Atam itkin düşəndən sonra yuxuda onun evə gəldiyini gördüm. Yuxudan dəli kimi oyandım və bütün otaqlara baxmağa başladım. Elə bilmişdim ki, doğrudan da qayıdıb gəlib. Ancaq özümə gələndən sonra anladım ki, bunların hamısı bir yuxu imiş...”.
O məlum hadisədən sonra həyat yoldaşı Arzu Qasımova da İmanı yuxuda görüb. İmanın oğlu deyir ki, atası anasına yuxuda özünə “Yasin” oxutdurmağı istəyib: “Atam itkin düşəndən sonra anam onu yuxuda görüb. Gəlib anamın başının üstündə dayanıb və deyib ki, “Arzu mənə “Yasin” oxutdurarsınız”. Anam o yuxudan sonra dedi ki, artıq atamın s
27 il İman Qasımovla bir yerdə işləyən, həm də İmanın ən yaxın dostu olan Gümrah da həmsöhbətimiz oldu: “Qardaşdan da artıq olmuşuq. Sonuncu dəfə İmanın səsini noyabrın 25-də eşitdim. İstirahətə çıxandan sonra görüşəcəkdik. Mən dənizə noyabrın 25-i çıxmışdım, İman isə noyabrın 22-si. Sonuncu dəfə səsini hadisə baş verən gün rabitə əlaqəsində eşitdim. O danışıqdan yarım saat sonra isə hadisə baş verdi. İmanla yadda qalan xatirələrimiz çoxdur. İndi onları yada salanda qəhər məni boğur”.
İmanın böyük qardaşı Rafiq Qasımov mərhumun bu dünyadan nakam getdiyini dedi: “İmanın ən böyük arzusu bu idi ki, Kəlbəcə getsin. Deyirdi ki, Allah qoysa Kəlbəcərə gedib orada ev tikəcəyik. İmanla aramızda 1 yaş fərq olduğundan tay-tuş kimi olmuşuq. Heyf ki, İman bu dünyadan nakam getdi. Arzuları gözündə qaldı”.
Həyat heç də həmişə biz istədiyimiz axarla getmir, gözləmədiyimiz anda doğmaları, yaxınları itiririk. Qasımovlar ailəsindəki kimi...
ağ qalmağına inanmır”.
Xəbəri paylaş
7388 dəfə oxunub.
Digər xəbərlər

23-12-2016, 20:44
Naxçıvan-Məşhəd qatarının hərəkətə başlayacağı tarix açıqlandı
22-01-2018, 13:21
Uşaq anadan olarkən fotosessiya edilir - Yeni dəb klinikalarda xidmət kimi təklif olunur - VİDEO
31-08-2017, 15:48
ARB TV-nin əməkdaşlarının toyu oldu – VİDEO
22-10-2015, 15:54
Ramazan Abdulatipov İlham Əliyevin qəbulunda
23-08-2023, 16:15
Polisə atılan daş qadını öldürdü - Sabirabadda film kimi OLAY
28-04-2017, 09:26
Bu gün Rusiyada Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparılacaq
11-05-2019, 13:02
Ramazan ayının altıncı gününün - DUASI VƏ TƏQVİMİ
23-05-2016, 14:02
"Qəhrəmanlar unudulmur" uşaq və yeniyetmələrin hazırladıqları ədəbi-bədii tədbir keçirildi FOTO
17-04-2017, 13:52
Dövlət başçısı: “Azərbaycanda qazlaşdırma 92 faizə çatıb”