Yeni il bayramında şagirdlər neçə gün məktəbə getməyəcəklər? - Rəsmi
Tarix: 15-12-2015 | Saat: 20:04
Bölmə:Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər
Azərbaycan Təhsil Nazirliyi Yeni il bayramı ərəfəsində və günlərində orta məktəb şagirdləri və müəllimlərinin neçə gün istirahət edə biləcəklərinə aydınlıq gətirib.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiriCəsarət Valehov Trend-ə bildirib ki, bütün ölkədə olduğu kimi, orta məktəblərdə də dekabrın 31-dən yanvarın 5-dək (2015-ci il) qeyri-iş günləri olacaq: "Şagirdlər dekabrın 30-da dərsdə olmalıdırlar. Dekabrın 31-dən yanvarın 5-dək isə dərs olmayacaq".
C.Valehov qeyd edib ki, bütün şagirdlər üçün növbəti tətil 5 günlük, 27-31 yanvar tarixlərini (2016-cı il) əhatə edən qış tətili olacaq. Fevralın 1-dən isə şagirdlər yenidən dərsdə iştirak etməlidirlər.
Nazirlik rəsmisi bildirib ki, məktəblərdə ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Bu müddətdə yalnız ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili olacaq.
Ötən tədris illərində bütün şagirdlər üçün martın 17-dən 24-dək olan, 8 günlük "Yaz tətili"nə gəldikdə isə C.Valehov qeyd edib ki, bu tədris ilində şagirdlər üçün "Yaz tətili" olmayacaq: "Novruz bayramı günlərində ölkədə müəyyənləşdirilən qeyri-iş günlərinin sayı xeyli olduğundan məktəblilər üçün ayrıca olaraq, yaz tətili olmayacaq".
Xəbəri paylaş
8778 dəfə oxunub.
Digər xəbərlər

7-11-2020, 09:59
Hikmət Hacıyev İranın Azərbaycana dəstəyindən YAZDI
26-07-2016, 17:49
Şirvanda silah zavodunda güclü partlayış - Ölən və yaralananlar var/YENİLƏNİB - VİDEO+FOTO
16-04-2015, 18:01
Şəmkir rayonunun polis rəisi vəzifəsindən azad edilib
23-04-2015, 00:21
Digər iki yarımfinalçı kim olacaq?- “Real” “Atletiko”ya qarşı
15-01-2016, 12:52
Günün ulduz falı: bu gün elə hadisələr baş verəcək ki, ...
9-05-2016, 16:52
AMİP tanınmış şirkəti məhkəməyə verib
21-02-2016, 23:18
Şəkidə özünü asmağa cəhd edən kişi kəndir qırıldığı üçün xilas olub
27-02-2022, 12:18
Məktəblilərin sevgi macərası: "Anana deyəcəm ki, bakirə deyilsən..." - Şok təfərrüat
17-01-2017, 00:10
“Recep İvedik”in Azərbaycanla bağlı səhnəsi qalmaqal yaratdı - VİDEO