Ana Sayfa > Karusel / Gündəm / Təhsil / M2 > Yeni il bayramında şagirdlər neçə gün məktəbə getməyəcəklər? - Rəsmi
Yeni il bayramında şagirdlər neçə gün məktəbə getməyəcəklər? - Rəsmi15-12-2015, 20:04. Yazar: Xeberaz |
Azərbaycan Təhsil Nazirliyi Yeni il bayramı ərəfəsində və günlərində orta məktəb şagirdləri və müəllimlərinin neçə gün istirahət edə biləcəklərinə aydınlıq gətirib. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiriCəsarət Valehov Trend-ə bildirib ki, bütün ölkədə olduğu kimi, orta məktəblərdə də dekabrın 31-dən yanvarın 5-dək (2015-ci il) qeyri-iş günləri olacaq: "Şagirdlər dekabrın 30-da dərsdə olmalıdırlar. Dekabrın 31-dən yanvarın 5-dək isə dərs olmayacaq". C.Valehov qeyd edib ki, bütün şagirdlər üçün növbəti tətil 5 günlük, 27-31 yanvar tarixlərini (2016-cı il) əhatə edən qış tətili olacaq. Fevralın 1-dən isə şagirdlər yenidən dərsdə iştirak etməlidirlər. Nazirlik rəsmisi bildirib ki, məktəblərdə ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Bu müddətdə yalnız ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili olacaq. Ötən tədris illərində bütün şagirdlər üçün martın 17-dən 24-dək olan, 8 günlük "Yaz tətili"nə gəldikdə isə C.Valehov qeyd edib ki, bu tədris ilində şagirdlər üçün "Yaz tətili" olmayacaq: "Novruz bayramı günlərində ölkədə müəyyənləşdirilən qeyri-iş günlərinin sayı xeyli olduğundan məktəblilər üçün ayrıca olaraq, yaz tətili olmayacaq". Geri dön |