Sonsuzluğun çarəsi tapıldı
Tarix: 13-11-2015 | Saat: 10:43
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Aspirinin daha bir faydası aşkarlanıb.
Aparılan araşdırmalar aspirinin sonsuzluğa çarə ola biləcəyini ortaya çıxarıb. ABŞ-da 128 min xəstənin iştirak etdiyi araşdırma sübut edib ki, aspirin qadının hamilə qalmaq şansını artırır. Bu günə kimi, adətən, soyuqlama, baş ağrısı və revmatizm ağrılarına qarşı istifadə edilən aspirinin bundan sonra ana olmaq istəyən qadınların müalicəsində də əhəmiyyətli yer tutacağı ehtimal edilir. Alimlərin sözlərinə görə, aspirin yumurtalıqlara daha çox qan getməsini təmin etdiyi və ana bətnini möhkəmləndirdiyi üçün uşaqsalma hallarının qarşısını alır. Həkimlər bildirirlər ki, süni mayalanma üsuluna müraciət edən qadınlar da aspirindən istifadə etməlidirlər.
Ancaq aspirinin mənfi xüsusiyyətləri də var. Ona görə də, onu həkimlə məsləhətləşdikdən sonra qəbul etmək lazımdır. Mədə problemlərindən və astmadan əziyyət çəkənlər isə, ümumiyyətlə, aspirindən uzaq durmalıdırlar.
Xatırladaq ki, alimlər bundan əvvəlki araşdırmalarında da aspirinin xərçəng xəstəliyinə qarşı mübarizədə faydalı olduğunu iddia etmişdilər.
Xəbəri paylaş
6838 dəfə oxunub.
Digər xəbərlər

27-03-2017, 14:41
Benzinin, boyanın iyindən xoşunuz gəlirsə... TƏHLÜKƏLİ SİMPTOM
26-01-2018, 13:33
Aygün Kazımova üçün ÖZƏL GÜN
3-04-2016, 19:11
Qazaxıstanda Facebook Azərbaycan bayrağının rənglərinə büründü
24-09-2020, 09:07
Paytaxtda kütləvi dava, bıçaqlananlar var
14-06-2015, 12:44
Rafael Ağayev: Qələbəmi anama həsr edirəm - VİDEO
19-08-2021, 10:51
Xalq artisti əfqanıstanlı uşağa ana olmaq istəyir - FOTO
31-03-2019, 22:10
Ajdadan 2 milyonluq poz - FOTO
23-02-2021, 16:27
Ramiz Mehdiyevin vəzifədə olan qohumları… - İLGİNC SİYAHI
17-11-2021, 10:32
Hərbçimiz ŞƏHİD OLDU