Rafael Ağayev: Qələbəmi anama həsr edirəm - VİDEO
Tarix: 14-06-2015 | Saat: 12:44
Bölmə:M / Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər
“Nə qədər bacarıramsa, Azərbaycanın dövlət himnini səsləndirəcəyəm”.
Bu, təkcə mənim yox, prezidentimizin, xalqımızın, ailəmin, dostlarımın, hər birimizin qələbəsidir.
Xeberaz.az -ın APA TV-yə istinadən məlumatına görə, I Avropa Oyunlarını qızıl medalla başa vurmuş Azərbaycan karateçisi Rafael Ağayev qələbəsi haqqında danışarkən belə deyib. “Bakı-2015”də 75 kiloqram çəki dərəcəsində mübarizə aparan karate yığmamızın lideri birinci yeri tutması ilə bağlı hisslərini bölüşüb: “Yarımfinala qədər öz çıxışımdan narazı qaldım, özümü kökləyə bilmədim. Türkiyə idmançısı ilə çox çətinlik çəkdim. Artıq günün ikinci yarısında fərq oldu. Mənim rəqiblərim dünyada ən güclülər idi. İtalyanlı ilə 9-cu dəfə qarşılaşmışam. 7-də qalib, ikisində məğlub olmuşam”.
Rafael Ağayevin oyunu zaman diqqət çəkən məqamlardan biri də azarkeşlərin onu alqışlamasına etiraz etməsi oldu. Çempionumuz bu məsələyə də aydınlıq gətirib: “Elə bir məqam olur ki, insan fikrini cəmləyir. Yerdən Rafael deyəndə fikrim yayınır. Rəqiblərim çox güclü olmasına baxmayaraq qalib gəldim. 6 aydır məşq edirdik. Hər gün iki dəfə məşq edirdik”.
Rafael Ağayev bu qələbəsini qoruyacağını da söz verib: “İnanıram ki, bu, daimi olacaq. Ən böyük şərəf odur ki, qızıl medalı qazanmaq, həm də onu qorumaqdır. Nə qədər bacarıramsa, Azərbaycanın dövlət himnini səsləndirəcəyəm. 2014-cü il mənim üçün uğursuz oldu. Fevral ayında zədə aldım. İki dəfə əməliyyat olundum. Döşəkdən uzaq oldum. Bu gün dünyanın ən xoşbəxtiyəm. Bu qələbəmi anam başqa olmaqla Azərbaycan xalqına həsr edirəm”.
75 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın lideri Rafael Ağayev final görüşündə italyan Luici Bucanı minimal hesabla məğlub edərək qızıl medal qazanıb. Yarışlar başa çatdıqdan sonra qaliblərin təltif olunması mərasimi keçirilib. Rafael Ağayevə qazandığı qızıl medalı Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.
Xəbəri paylaş
7968 dəfə oxunub.
Digər xəbərlər

10-05-2018, 12:39
“Qaçqınkom”a yeni təyinatlar - Rövşən Rzayev əmr imzaladı
17-06-2016, 13:19
Azərbaycan daha bir braziliyalını milliləşdirir
24-11-2020, 16:24
Ermənilərin “İsgəndər" biabırçılığı - Atdıqları raket hədəfdən 6 kilometr yayınıbmış
20-12-2017, 16:17
Balakəndəki 12 yaşlı qızını zorlayıb hamilə buraxan ögey atanın daha bir dəhşətli cinayəti
22-10-2019, 11:35
Məşhur futbolçunun həyat yoldaşı çılpaq fotosunu paylaşdı - FOTO
1-05-2019, 18:34
Putindən Kiyevə ağır zərbə: - Qanun imzaland
27-02-2017, 21:03
Rio-de-Janeyroda karnaval zamanı 20 nəfər xəsarət alıb
5-08-2016, 14:47
Dilarə görünüşü ilə hamını ŞOKA SALDI - FOTO/VİDEO
24-11-2016, 22:59
İŞİD iranlı zəvvarlara hücum etdi: 100 ölü - YENİLƏNİB
23-02-2016, 13:46
Vətən,ox...