Yol polisindən yağış xəbərdarlıq: Bu sürücülər cərimələnəcək
Tarix: 09-11-2015 | Saat: 15:23
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Yağış avtomobillərin hərəkəti zamanı sürüşmə ehtimalını artırır”.
Avtomobilinin şüşəsiləni işləməyən sürücülər məsuliyyətə cəlb olunacaqlar.
Xəbəraz.az -ın məlumatına görə, bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov qeyd edib ki, Bakının əksər yerlərində yağışın yağması avtomobillər üçün təhlükə yaradır. Qurum rəsmisi sürücülərə müraciət edərək onları ehtiyatlı olmağa çağırıb:
“Yağış avtomobillərin hərəkəti zamanı sürüşmə ehtimalını artırır. Ona görə də sürücülərdən xahiş edirik ki, sürət həddini minimuma endirsinlər. Bununla yanaşı, şüşəsilənləri işləməyən nəqliyyat vasitələrinin hərəkət etməsi olduqca təhlükəlidir. Yol hərəkəti haqqında qanuna görə, bu cür avtomobillər yol hərəkətindən kənarlaşdırılır və sürücülər məsuliyyətə cəlb olunur”.
Bölmə rəisi sürücüləri avtomobillə yağış sularının yaratdığı gölməçələrdən keçərkən diqqətli olmağa səsləyib: “Sürücülər avtomobillə yağış sularının yaratdığı gölməçələrdə hərəkət edən zaman mütləq ətrafdakı piyadaları düşünməlidirlər. Buna görə sürücülər məsuliyyət daşıyır”.
Xəbəri paylaş
6468 dəfə oxunub.
Digər xəbərlər

10-10-2015, 00:09
Tükiyədə 5,1 bal gücündə zəlzələ baş verib
27-05-2019, 15:31
Bakıdakı Avropa Liqasının finalında daha bir ilk yaşanacaq
26-01-2017, 12:34
Dəyanət Rzayevin ölüm səbəbi DƏQİQLƏŞDİ - CƏNAZƏ AİLƏSİNƏ VERİLİB-FOTO
10-12-2016, 22:56
Bananın qabığı qara olanını yeyin
8-06-2015, 17:37
Ramil Usubov: İstəyərəm ki, bütün idman növlərində Azərbaycan idmançıları qalib gəlsin – VİDEO
10-02-2016, 23:35
Müğənnilərin ödədikləri verginin həcmi açıqlandı - VİDEO
31-05-2018, 16:15
Daxili İşlər Nazirliyi qadınları işə dəvət edir
9-02-2018, 19:07
Pensiyaları artdı-SƏRƏNCAM