Yol polisindən yağış xəbərdarlıq: Bu sürücülər cərimələnəcək
Tarix: 09-11-2015 | Saat: 15:23
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Yağış avtomobillərin hərəkəti zamanı sürüşmə ehtimalını artırır”.
Avtomobilinin şüşəsiləni işləməyən sürücülər məsuliyyətə cəlb olunacaqlar.
Xəbəraz.az -ın məlumatına görə, bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov qeyd edib ki, Bakının əksər yerlərində yağışın yağması avtomobillər üçün təhlükə yaradır. Qurum rəsmisi sürücülərə müraciət edərək onları ehtiyatlı olmağa çağırıb:
“Yağış avtomobillərin hərəkəti zamanı sürüşmə ehtimalını artırır. Ona görə də sürücülərdən xahiş edirik ki, sürət həddini minimuma endirsinlər. Bununla yanaşı, şüşəsilənləri işləməyən nəqliyyat vasitələrinin hərəkət etməsi olduqca təhlükəlidir. Yol hərəkəti haqqında qanuna görə, bu cür avtomobillər yol hərəkətindən kənarlaşdırılır və sürücülər məsuliyyətə cəlb olunur”.
Bölmə rəisi sürücüləri avtomobillə yağış sularının yaratdığı gölməçələrdən keçərkən diqqətli olmağa səsləyib: “Sürücülər avtomobillə yağış sularının yaratdığı gölməçələrdə hərəkət edən zaman mütləq ətrafdakı piyadaları düşünməlidirlər. Buna görə sürücülər məsuliyyət daşıyır”.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

27-04-2016, 14:04
Şəhid talışların ruhuna
9-03-2016, 09:51
Bakının mənzil bazarında qiymətlər (SİYAHI)
22-08-2015, 16:13
İsmayıllıda 59 yaşlı kişi intihar etdi
7-05-2016, 11:27
Qarabağda ermənilərin pasportları əllərindən alınır və...
21-09-2015, 01:16
Türkiyədə izdihamlı mitinq
29-10-2015, 14:30
GÖRƏSƏN YADINA DÜŞÜRƏMMİ HEC?(SUPER ŞEİR)
11-12-2021, 11:26
Naxçıvanda hərbi qulluqçumuz həlak olub
29-05-2019, 16:49
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda gəzintiyə çıxıb-Fotolar
19-12-2015, 11:18
Naxçıvanda da MTN ləğv edildi
25-04-2016, 16:13
"Danışıqlar masasına oturmaq tərəflərin marağındadır" - Uorlik