Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstifadəçilərin 64 faizi saytlarda “Facebook” profili ilə avtorizə olunur
Tarix: 04-11-2015 | Saat: 15:16
Bölmə:Karusel / Gündəm / Texnologiya | çapa göndər

İstifadəçilərin 64 faizi saytlarda “Facebook” profili ilə avtorizə olunur
“Gigya” şirkətinin 2015-ci ilin üçüncü rübü üçün hesabatına görə, “Facebook”un saytlarda sosial şəbəkə profilləri vasitəsilə avtorizə edilməsi bazarında payı son iki ildə ilk dəfə 2 faiz azalıb.

İKT.lent.az-ın “Searchengines”ə istinadən xəbərinə görə, şirkət bu seqmentdə lider olmaqla bazarın üçdə ikisinə nəzarət edir.

Məlumata görə, hazırda istifadəçilərin 64 faizi kənar saytlarda və mobil əlavələrdə öz şəxsiyyətini “Facebook” şəbəkəsindəki hesabı vasitəsilə təsdiq edir ki, bu da ötən rübdən 2 faiz azdır.

“Google+” bazarda payını 2 faiz artıraraq 22 faizə çatdırıb. "Twitter” (6 faiz), “Yahoo!” (4 faiz) və “LinkedIn” (2 faiz) şəbəkələrinin payı dəyişməz qalıb. Onların payı 2015-ci il ərzində dəyişikliyə uğramayıb.

Mobil qurğularda “Facebook”un payı daha çoxdur (76 faiz). Bu göstərici “Google+”da 16, “Twitter”də 7 faiz təşkil edir. Hesabat dövründə bu seqmentdə “Facebook” 1 faiz bənd itirib, “Google+” isə müvafiq olaraq 1 faiz bənd artırıb.


Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___